22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur

Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur

Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur

17 mart 2024-cü il tarixdə NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycana səfər edib, dövlət başçısı İlham Əliyevlə görüşüb. Görüşdən sonra brifinq keçirilib və bu zaman Azərbaycanın NATO ilə apardığı dialoqun uğurla davam etdiyi, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq uzun tarixi olduğu qeyd olunub. Azərbaycan xarici ölkələrlə və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığını davam etdirir. Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə əməkdaşlıq bu baxımdan xüsusilə önəm kəsb edir. Gerçəkdən də, SSRİ dağıldıqdan, keçmiş SSRİ respublikaları milli mənzillərə dağıldıqdan sonra xarici siyasətdə ilk müstəqil addımlarını atdıqları vaxt Azərbaycanla Şimali Atlantika Bloku arasında təmaslar başqa müttəfiq respublikalardan fərqli olaraq daha isti idi. O zamanlar Baltikyanı ölkələri çıxmaq şərti ilə digər keçmiş SSRİ respublikaları NATO ilə ciddi ara məsafəsi saxlayırdılar, Azərbaycan isə NATO ilə tərəfdaşlıq münasibətindəydi və bu blokla əlaqələri taraz saxlamağı öz dövlət suverenliyinin qorunması üçün əhəmiyyətli sayırdı. NATO da öz növbəsində Azərbaycanla əməkdaşlığa çox önəm verir və bu əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır. NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfərinə də bu kontekstində yanaşmaq düzgün olardı. Baş katib Bakıda mətbuata bəyanatında bildirdi ki, Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır və biz uzun illərdir bir yerdə çalışırıq. Azərbaycan-NATO tərəfdaşlığının təkcə siyasi dialoqa yox, o cümlədən əyani əməkdaşlığa da söykəndiyini diqqətə çatdıran Alyansın Baş katibi bunun alqışalayiq olduğunu diqqətə çatdırıb. Bu regionda sülh bölgə xalqları, ölkələri üçün çox vacibdir, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətlidir.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru-Rəşad İsmayılov

 

 

Azərbaycan BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququndan istifadə etdi.

Ötən əsrin sonlarında Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlara başlayıb. Bu hərbi əməliyyatlar nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi işğal edilib. 30 il müddətində ərazilərimizi işğal altında saxlayan separatçılar minlərlə azərbaycanlını qətlə yetirdi. Həyata keçirilən amansız etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox vətəndaşımız həmin torpaqlardan didərgin düşüb. İşğal müddətində Azərbaycanın müraciətlərinə məhəl qoyulmayıb, sabitlik yaranması üçün apardığımız mübarizə gözardı edildi, həmçinin təxribatlar törədildi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin ölkəmizin hərbi mövqelərini və mülki yaşayış məntəqələrini bombardman etməsindən sonra başlanan və 44 gün davam edən əks-hücum əməliyyatları zamanı Azərbaycan ordusu 300-dən çox yaşayış məntəqəsini, o cümlədən, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini 30 ilə yaxın davam edən qanunsuz erməni işğalından azad etdi. Müharibə Azərbaycan, Rusiya, Ermənistan tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla başa çatdı. Bəyanata əsasən, Ermənistan işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarını da bir güllə belə atılmadan Azərbaycana qaytardı.

Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, hərbi-siyasi yollarla 30 illik münaqişəni həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Münaqişə keçmişdə qaldı. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi. Bu, yəqin ki, BMT-nin yarandığı vaxtdan bu günə qədər dünyada ilk belə haldır. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında ikili standartlara və selektiv yanaşmaya yol verilməməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var.

Beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır. 44 günlük Vətən müharibəsi XXI əsrdə dünya xalqlarının ədalətsizliyə qarşı ucalan ilk səsidir. Zəfərimizin sədasını hələ uzun müddət eşidəcəyik.

 Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın