22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnaməsi işləmədi

BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnaməsi işləmədi

BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnaməsi işləmədi

30 ilə yaxın işğaldan əziyyət çəkmiş Azərbaycan bu dövr ərzində beynəlxalq hüququn təmini uğrunda dayanmadan mübarizə aparıb. Hələ birinci Qarabağ müharibəsindən sonra Azərbaycan artıq tarixə qovuşmuş münaqişənin tənzimlənməsi üçün beynəlxalq konvensiyaların, aparıcı təşkilatların qətnamələrinin, xüsusilə BMT-nin məlum 4 qətnaməsinin icrasının vacibliyini önə çəkirdi. Bütün dönəmlərdə prosesin sülh müstəvisində, danışıqlar yolu ilə tənzimlənməsinin vacibliyini önə çəkən Azərbaycan paralel olaraq bir sıra istiqamətlərdə işlər aparırdı Rəsmi İrəvan isə işğal etdiyi torpaqları azad etmək yerinə, yeni əraziləri tutmaq, qeyri-real bəyanatlar səsləndirməklə məşğul idi. Nəticədə Azərbaycan dövləti bəyan etdiyi kimi, əbədi olaraq işğal faktı ilə barışmayacağını oratya qoydu – 2020-ci ilin sentyabrında başlanan və 44 gün çəkən Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa olundu.

Azərbaycan müharibədə ədaləti bərpa etməklə yanaşı, həm də beynəlxalq hüququn norma və prinsiplərinin bərqərar olmasını təmin etdi – Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı BMT TŞ-nin 4 qətnaməsinin icrası 30 ildən ordumuz tərəfindən sonra yerinə yetirildi. Bunun sülh şəraitində deyil, müharibə yolu ilə reallaşması isə Ermənistanın beynəlxalq hüquqa riayət etməməsinin nəticəsində baş verdi.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Azərbaycan dövləti oktyabr ayının 4-də Cəbrayıl şəhərini, 17-də Füzuli şəhərini, 22-də Zəngilan şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, lakin yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi. Ağdamın işğaldan azad edilməsi noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsidir. Bununla yanaşı, Prezident, Ali Baş Komandan, cənab İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, lakin yerinə yetirilməmiş qalan, eləcə də, işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər ilə Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz, Azərbaycanın şərtləri ilə icra edildi.

Qeyd etmək lazımdır ki, Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Azərbaycan  30 il ərzində işğal altında olmuşdur. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin  20 faizi demək olar ki, müstəqilliyin ilk illərindən 2020-ci ilədək işğal altında qalıb və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün olaraq etnik təmizləməyə məruz qalmışdır. Bu, Qarabağda və Şərqi Zəngəzurda baş verib. Burada tamamilə yerlə-yeksan olunan sahələr vardır.  Azad edilmiş ərazilərə daxil olanda bunu öz gözlərimizlə gördük. Bu gün artıq işğaldan azad ediomiş ərazilərimiz yenidən qurulur.Bu Azərbaycan xalqı üçün fəxrdir.

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın