22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük

Azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük

Azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük.

Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda izhar ediblər. Tarixi qardaşlıq əlaqələrinin sürətli inkişafında, yeni və ən üst səviyyəyə daşınmasında hər iki dövlətin prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın əsl dostluq, qardaşlıq münasibətlərinin rolu danılmazdır.

Prezident cənab İlham Əliyev iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri və Türkiyə başda olmaqla digər türk respublikalarının parlament sədrlərini, o cümlədən Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib. Dövlət başçısı vurğulayıb ki, TÜRKPA-nın toplantısı böyük əhəmiyyət daşıyır: “Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük. Hər bir toplantı, hər bir Zirvə görüşü bizim məqsədlərimizə doğru atılan növbəti addım olur”. Ölkə rəhbəri qeyd edib ki, onun təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək: “Mən hesab etdim ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. O görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq”. Prezident əlavə edib ki, azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər: Yəni biz azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük. Təbii ki, həm bizi sevindirir, həm də bütün Türk dünyası ölkələrinin bir-birinə nə qədər bağlı olmasından xəbər verir.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə

 

 

Şuşada təşkil olunacaq qeyri-rəsmi Zirvə görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq.

Türkiyə və Azərbaycan bu gün dünyada sülhün, əminamanlığın, əməkdaşlığın bərqərar edilməsi üçün bütün imkanlardan istifadə etməkdədir.

Azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. Bu barədə Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə bildirib. Dövlət başçısı bir daha bəyan etdi ki, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. O, həmçinin fevralın 14-də keçirilən andiçmə mərasimindəki çıxışında bizim ailəmizin Türk dünyası olduğunu vurğuladığını da xatırlatdı. Azərbaycan lideri Türk dünyasının parlament nümayəndələri ilə görüş zamanı son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlərin birliyimizi daha da gücləndirdiyini qeyd etdi. Bunun əlamətlərindən biri kimi yaxın vaxtlarda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini bildirdi. Yeri gəlmişkən, Türk dünyası liderlərinin Şuşa Zirvəsi məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçiriləcək. Prezident onu da qeyd etdi ki, bu cür zirvə toplantılarının ildə bir dəfə yox, daha tez-tez keçirilməsinə ehtiyac var. Türk dövlətlərinin başçılarının Zirvə görüşünün Şuşada keçirilməsi sözsüz ki, böyük mənəvi, siyasi əhəmiyyətə malikdir. Bu həm də rəmzi məna daşıyan bir görüş olacaq. Şuşa görüşü birlik və qardaşlığın Zirvəsi olacaq. Burada söhbət həm də 44 günlük müharibə zamanı və ondan sonrakı dönəmdə türk dövlətlərinin Azərbaycana verdiyi dəstəkdən gedir. Dövlətimizin başçısı çıxışında qeyd etdi ki, Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və bu gün sürətlə quruculuq-bərpa işlərinin aparıldığı Şuşa şəhərinə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin səfərləri baş tutub. Beləliklə, bu gün Qarabağ Türk dünyasını birləşdirən mərkəzə çevrilir. Bəli, biz azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük. Dövlət başçısı bu məqamı xüsusi olaraq qonaqların diqqətinə çatdırdı. Liderlərin Şuşadakı Zirvə görüşü isə bu birliyi daha da möhkəmləndirəcək. Şuşa görüşünün əsas mövzularından biri də nəqliyyat-logistika ilə bağlı olacaq. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının daha sıx birləşməsi üçün hava-su kimi vacibdir. Şuşada keçirilən Zirvə görüşü bu prosesə ciddi təkan verəcək.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək.

Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir. Son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul etməsi əlaqələrin möhkəmliyinə əsaslanır. “Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Bildiyiniz kimi, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub”, – bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxışı zamanı bildirib: “Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir”.

Xatırladaq ki, Azərbaycanın bu istiqamətdə töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır. 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradılıb. Saziş Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri tərəfindən imzalanıbdır. Ötən müddət ərizində bu əlaqələr genişlənib. Naxçıvan sazişinin imzalanmasından keçən dövr ərizində görülən işlər, qarşılıqlı səfərlər türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirmək üçün səmərəli platformaya çevrilib.

Cənab Prezident Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşünün keçirilməsinin əsas mövzularının nəqliyyat və iqlimlə bağlı olacağını bildirib: “Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq.

İqlim məsələləri isə bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir. Bildiyiniz kimi, Azərbaycan bu il COP29 konfransına ev sahibliyi edəcək. Bu, bizim üçün həm böyük məsuliyyətdir, həm də böyük şərəfdir. Bu qlobal tədbirə hazırlıq ərəfəsində, əlbəttə ki, qardaş ölkələrlə bu məsələləri də müzakirə etmək böyük fayda verəcəkdir”.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın