12.10.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan Heydər Əliyev yolu ilə gedir və bu yol hər zaman xalqımıza möhtəşəm uğurlar qazandıracaq

Azərbaycan Heydər Əliyev yolu ilə gedir və bu yol hər zaman xalqımıza möhtəşəm uğurlar qazandıracaq

Azərbaycan Heydər Əliyev yolu ilə gedir və bu yol hər zaman xalqımıza möhtəşəm uğurlar qazandıracaq

Ümummilli Liderin ümumilikdə hakimiyyətinin hər iki dövrü Azərbaycanın bu günü və gələcəyi ilə bağlı qərarlarla, təşəbbüslərlə, biri-birindən mühüm addımlarla zəngindir. Hər bir ölkənin inkişafında sabitliyin, iqtisadi tərəqqinin rolunu önə çəkən Ulu Öndər Heydər Əliyev bu çağırışı da etdi ki, Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan müstəqil siyasətin uğurlarını yaşayır. Milli Konstitusiya qəbul edildi, harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları bir amal- azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdi. Azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparıldı, cəmiyyətin idarə edilməsində əhəmiyyətli rola malik olan, ayrı-ayrı sahələrin inkişafına yol açan qanunlarımız qəbul edildi. Bazar iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı dövlət siyasətinin əsasına çevrildi.

Ümumilikdə bütün sahələrdə geniş vüsət alan islahatlar prosesi Azərbaycanın hərtərəfli inkişafını şərtləndirdi. Ulu Öndər Heydər Əliyev iqtisadi və siyasi islahatların vəhdətinin yaradılmasını prioritet məsələ kimi qarşıya qoydu. Məhz 1993-2003-cü illərdə qoyulan təmələ əsaslanaraq cənab İlham Əliyev 2003-cü ildə Prezident kimi jurnalistlərə ilk müsahibəsində bildirdi ki, hər şey iqtisadiyyat üzərində qurulur. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaq. Artıq bu istiqamətdə çox böyük işlər görülüb: “Hesab edirəm ki, iqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə bizim üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq. Bazar iqtisadiyyatı davam etdiriləcəkdir. Sahibkarlar sinfi yaranacaq və beləliklə, özəl sektorun fəaliyyəti nəticəsində Azərbaycanın büdcəsi də artacaqdır, iş yerləri də açılacaqdır. Yəni hesab edirəm ki, indi qlobal şəkildə bu istiqamət də Azərbaycan üçün lazımdır”. Bu reallıq da diqqətə çatdırıldı ki, artıq ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıb. 1993-2003-cü illərdə Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyub.

Hazırda Azərbaycan iqtisadi və siyasi müstəqilliyi ilə diqqətdədir. Etibarlı tərəfdaş kimi nüfuz qazanan Azərbaycan reallaşdırdığı enerji layihələri ilə dünyanın enerji xəritəsini yenidən tərtib edir. Ümummilli Lider Heydər Əliyevin siyasətinə sadiqliyini hər addımda təsdiqləyən cənab İlham Əliyev dünyaya səs salan tarixi Zəfərimizi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasını şərtləndirən amillərdən bəhs edərkən iqtisadi və siyasi müstəqilliyin rolunu xüsusi qeyd edir ki, bunun da təməli Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində qoyulub. Azərbaycan Heydər Əliyev yolu ilə gedir və bu yol hər zaman xalqımıza möhtəşəm uğurlar qazandıracaq. Azərbaycanın bugünkü reallıqları Ümummilli Liderin “Biz gələcəyə nikbinliklə baxırıq. Mən Azərbaycanın gələcəyini çox gözəl görürəm. Bizim bu gün gördüyümüz işlər və həyata keçirdiyimiz tədbirlər Azərbaycanın ardıcıl inkişafını təmin edəcəkdir” fikirlərinin təsdiqidir.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

 

Aşıq Ələsgərin abidəsi həm də milli- mənəvi dəyərlərimizə hörmətin, milli birliyimizin simvolu kimi qiymətlidir.

Prezident İlham Əliyev sentyabrın 26-da keçirilən iqtisadi məsələlərə həsr olunmuş iclasında da möhkəm təməlin yaratdığı reallıqlardan biri kimi, Azərbaycanın hazırda təkmil iqtisadi modeli ilə nümunə olduğunu diqqətə çatdırdı. Vurğuladı ki, Azərbaycanda çox müsbət sərmayə iqlimi uzun illərdir davam edir. İnvestisiyaların adambaşına düşən həcminə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Son illər ərzində və xüsusilə antiterror tədbirlərindən sonra dövlət suverenliyimizin tam təmin olunması bütün investorlara ciddi müsbət siqnal göndərmişdir və biz bunun bəhrəsini indi görürük. “Bizim ənənəvi sənaye məntəqələrimizdə, Bakı, Sumqayıt şəhərlərində sənaye parkları, yeni müəssisələr açılır. Eyni zamanda, azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılması çox müsbət hal kimi qiymətləndirilməlidir” söyləyən cənab İlham Əliyev onu da qeyd etdi ki, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr prioritetlər olaraq yeddinci çağırış Milli Məclisin ilk iclasında da açıqlandı. Dövlətimizin başçısı sözügedən müşavirədə diqqəti hazırkı dövrün hədəflərinə yönəldərək bildirdi ki, həm sosialyönümlü, həm də ümumi infrastrukturla bağlı olan layihələr – bütün bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq. Elə etməliyik ki, gələn il imkan daxilində bütün əsas vəzifələri icra edək. Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Necə ki, aparmışıq və aparacağıq.

Tarixi Zəfərimizdən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş ərazilərə ilk səfəri də məhz Füzuli və Cəbrayıl rayonlarına, həmçinin şəhərlərinə oldu. İlk səfər çərçivəsində Böyük Qayıdış Proqramının icrasına yönələn addımlar sonrakı işlərin mənzərəsini təqdim etdi. Qısa müddətdə görülən genişmiqyaslı işlərin nəticəsini hazırda soydaşlarımızın 5 şəhərə və 4 kəndə qayıdışında görürük. Onların arasında Cəbrayıl şəhəri də var. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür edirlər. Bu ərazilərdə müasir tələblər səviyyəsində görülən işlər soydaşlarımızın yüksək rifah şəraitində yaşayışına xidmət edir.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın