22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Xalq-iqtidar birliyi

Xalq-iqtidar birliyi

Xalq-iqtidar birliyi.

Xalqla iqtidarın birliyi hər zaman gündəmdə olan ümummilli məsələ olub. Bu birliyin bariz nümunəsini 44 günlük Vətən müharibəsində bütün dünya gördü. Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti, Azərbaycan Ordusunun şücaəti nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi hər bir vətəndaşın qəlbini fərəh hissi ilə doldurdu. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin Qələbəsini təmin edən mühüm amillər oldu. Vətən müharibəsindən sonrakı 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatdı. Antiterror tədbirləri nəticəsində düşmən təslim olmağa məcbur oldu. Bütün təzyiqlərə baxmayaraq, Prezident cənab İlham Əliyevin uzaqgörənliklə və qəti iradə ilə apardığı siyasət nəticəsində indi Xankəndidə Azərbaycanın Dövlət Bayrağı dalğalanır. İndi tam əminliklə demək olar ki, Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır. Bu gün artıq Azərbaycanın suverenliyi tam bərpa olunub və buna görə biz bütün şəhidlərimizə və qazilərimizə borcluyuq.Azərbaycan torpaqlarının işğaldan azad olunması tarixi hadisə və yeni inkişaf dövrünün başlanğıcı oldu. Şübhəsiz ki, qazanılan qələbə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyevin tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsidir. Bu ədalətli mübarizədə əldə edilən zəfər xalqımızın Qarabağ yarasına məlhəm oldu. Azad olunan ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı yenidən dalğalandı. Hazırda həmin torpaqlarda misilsiz quruculuq işləri həyata keçirilir. Sevindirici haldır ki, əldə etdiyimiz zəfər nəticəsində keçmiş məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdırlar. Xalqımız və dövlətimiz bu uğurlara siyasi və hərbi bacarığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi, həmrəyliyi sayəsində, həmçinin ordumuzun əzmi və qəhrəmanlığı ilə imza atdı. Xalqımızın və dövlətimizin qürur mənbəyi olan Müzəffər Azərbaycan Ordusu qazandığı möhtəşəm Qələbə ilə sübut etdi ki, onun ərazi bütövlüyü uğrunda qəhrəmanlıq, fədakarlıq göstərməyə, düşməni məhv etməyə qadir olan oğulları var. Düşmən üzərində mütləq qalibiyyət qazanan rəşadətli Azərbaycan Ordusunun qəhrəman əsgərləri döyüşlərdə böyük şücaət göstərdi. Hər bir əsgərimiz öz qanı-canı bahasına şəhidlərimizin qisasını alaraq torpaqlarımızın işğaldan azad edilməsinə nail oldu. Bu haqq yolunda itkilərimiz olsa da qazanılan Qələbə hər birimizdə qürur hissi yaradıb. Vətən üçün döyüşlərdə şəhidlik zirvəsinə ucalan və sağlamlığını itirən oğullarımızı qədirbilən xalqımız heç zaman unutmayacaq. Azərbaycan xalqı hər bir əsgərin, hər bir qazinin, Milli qəhrəmanların və Vətən müharibəsi qəhrəmanlarının əməyini yüksək dəyərləndirir, şəhidlərin xatirəsini hər zaman uca tutur, onları hörmətlə anır. Dövlətimiz tərəfindən qazilər və şəhid ailələri hərtərəfli qayğı ilə əhatə olunur. Azərbaycanda şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifahının daha da yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsidir. Xalqımız əmindir ki, Azərbaycanda xalq – iqtidar birliyi əbədi və sarsılmaz olacaqdır. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə müstəqil respublikamız daha da inkişaf edəcək, dünyanın güclü dövlətləri sırasında layiqli yerini tutacaqdır.

Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı Ehtiram Osmanov

 

 

Zəfər bizimlə əbədi yaşayacaq.

Müasir müstəqil Azərbaycan dövlətinin hazırki inkişaf mərhələsinə çatmasında bir çox amillər müstəsna rol oynamışdır. Bu sırada şəxsiyyət-lider amili mühüm yer tutur. Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət Heydər Əliyev olmuşdur. Onun keçdiyi həyat yolu – Azərbaycanın inkişaf yoludur. O, ağır zamanlarda xalq  üçün işıq yolu, xalqı faciələrdən xilas edən bir lider olub. Azərbaycan məhz Ulu Öndərin rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxmış, bütün sahələrdə mühüm uğurlar, parlaq nəticələr əldə etmişdir.

Xalqımız və rəşadətli Ordumuz 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirdi. Bu möhtəşəm Qələbə, eyni zamanda, Prezident-Xalq birliyinin təntənəsi oldu, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident cənab İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu. 2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu aşkar gördü.

Ölkə başçımızın işğaldan azad olunmuş ərazilərimizə davamlı səfərləri bu yerlərdən erməni vandalizminin izlərinin silinməsi, tarixi yurd yerlərimizin dirçəldilməsi ilə müşayiət olunur.

2020-ci il noyabrın 8-i və 2023-cü il 20 sentyabr Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq. Bu gün Ali Baş Komandanımız, Prezident İlham Əliyev bu tarixi qələbəni bir daha əbədiləşdirdi. Bu zəfərin formulu isə Müzəffər Ali Baş Komandan-Xalq Birliyi və Azərbaycan əsgəridir.

 

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin direktoru  Vəfa Bayramova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın