22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

100-ə yaxın kəndin bərpası davam edir və biz Böyük Qayıdış Proqramını uğurla icra edirik

100-ə yaxın kəndin bərpası davam edir və biz Böyük Qayıdış Proqramını uğurla icra edirik

100-ə yaxın kəndin bərpası davam edir və biz Böyük Qayıdış Proqramını uğurla icra edirik.

Cəbrayıl şəhərinin azad olunmasının dördüncü ildönümü münasibətilə bütün cəbrayıllıları, bütün Azərbaycan xalqını ürəkdən təbrik edən Cənab Prezident bu gözəl hadisənin 4 ildən sonra 4 Oktyabr – Cəbrayıl Şəhəri Günündə qeyd edilməsinin xüsusi əhəmiyyət daşıdığını söyləyib.

Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti olduğunu vurğulayan Prezident İlham Əliyev erməni işğalındanazad olunan birinci şəhər Cəbrayıl olduğunu qeyd etmişdir: “Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi. Ordumuz, Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərmişdir və işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur. Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmişdir, eyni zamanda, Ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltmişdir. Bizim hamımızda inam var idi ki, bu müharibə bizim Zəfərimizlə başa çatacaq və hər yaşayış məntəqəsinin azad edilməsi, o cümlədən şəhərlərimizin azad edilməsi bu inamı daha da artırırdı”.

Cəbrayılın azad olunmasından sonra ardıcıl uğurlu əməliyyatlar nəticəsində işğal altında olan ərazilərin, şəhər və kəndlərin azad olunması və 8 noyabrda Qarabağın tacı olan qədim Şuşanın azad olunması ilə yekunlaşan Vətən müharibəsində Şanlı Zəfər tariximizə əbədi həkk olundu. Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi Cəbrayılın da bərpası, inkişafı üçün dərhal müvafiq tapşırıqların verildiyini, ilk növbədə, minalardan təmizləmə işləri həyata keçirildiyini, infrastruktur layihələrinin icrasına dərhal başlanıldığını və Cəbrayıla gələn, hansı ki, sovet vaxtında olan yolun yenidən qurulduğunu, hazırda yeni dördzolaqlı magistral yol uğurla inşa edildiyini qeyd edib.

Dövlətimizn başçısı həmçinin bu gün Cəbrayılda infrastruktur layihələrinin icrasının da uğurla, sürətlə həyata keçirildiyini, Cəbrayılda yeni məktəbin açılışının həyata keçirildiyini və gələn həftədən başlayaraq uşaqların artıq məktəbə gedəcəklərini, yeni məhəllədə xəstəxananın tikintisi və müvəqqəti olaraq tibb məntəqəsi də nəzərdə tutulduğunu, həmçinin birinci məhəllədə çoxmənzilli 33 bina (712 mənzil) inşa edildiyini söyləyib. Bu mənzillərin bir hissəsi artıq istifadəyə verilib, bir hissəsinin də istifadəyə verilməsi yaxın aylarda nəzərdə tutulur. Cəbrayıl şəhərinin birinci yeni yaşayış məhəlləsi istifadəyə verilir.Prezident İlham Əliyev Cəbrayılda həyata keçirilən digər layihələr, həmçinin təməlini qoyduğu yeni tikililər barəsində çıxışında məlumatlar verib.

Ölkə başçısı qeyd edib: “Bu gün biz azad edilmiş torpaqlarda yaşayırıq. Bu gün bütün azad edilmiş torpaqlarda, o cümlədən Xankəndidə və Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan vətəndaşları artıq Şuşada, Laçında, Füzulidə, Xankəndidə, Xocalıda, Cəbrayılda – bu şəhərlərdə və bir neçə kənddə yaşayır. 100-ə yaxın kəndin bərpası davam edir və biz Böyük Qayıdış Proqramını uğurla icra edirik.

Əminəm ki, bu torpaqlarda yaşamış və oradan köçmüş, eyni zamanda, bu torpaqları heç vaxt görməmiş sizin uşaqlarınız, nəvələriniz burada rahat və xoşbəxt yaşayacaq, öz dövləti ilə, xalqı ilə həmişə fəxr edəcəkdir.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsi idi

Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri uzun illər davam edən işğala 44 gün ərzində son qoydu. Dövlət-xalq birliyindən güc alan qəhrəman ordumuz işğalda olan torpaqlarımızı azad etməklə xalqımıza qürur yaşatdı, haqq-ədaləti bərpa etdi.

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsi idi. Bu qələbə ordumuzun hər bir mənsubunun fədakarlığının, şücaətinin parlaq nəticəsidir. Hələ 2016-cı ilin Aprel döyüşləri zamanı şanlı ordumuzun əks-hücumu ilə Lələtəpə yüksəkliyi işğaldan azad edilib, Cəbrayılın Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu yarımçıq qalan işi 2020-ci ildə uğurla reallaşdırdı, Cəbrayıl bütövlükdə azad edildi.

Cəbrayıl şəhəri 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon mərkəzi olub. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. 4 oktyabr Cəbrayıl şəhərinin işğaldan azad edildiyi gün kimi tarixə düşüb. Bizim tariximizdə bir çox şərəfli anlar, hadisələr və qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi də xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsini rəsmiləşdirən üçtərəfli Bəyanatın imzalanmasından 6 gün sonra, 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.

Prezident İlham Əliyev azad Cəbrayıldan beynəlxalq ictimaiyyətə bəyan etdi ki, biz qayıtmışıq, vuruşa-vuruşa qayıtmışıq: “Heç kim bizə bu torpaqları bağışlamayıb. Heç bir beynəlxalq təşkilat təcavüzkara təzyiq göstərməyib. Heç kim onlardan tələb etməyib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etsin. Sadəcə olaraq, nə hərb, nə sülh, hər şeyi dondurulmuş vəziyyətdə saxlamaq, işğalı əbədiləşdirmək, bizim tarixi torpaqlarımızın tarixi irsini silmək, torpaqlarımızı erməniləşdirmək, şəhərlərimizə, kəndlərimizə eybəcər erməni adları vermək və bu məsələni Azərbaycan xalqının yaddaşından silmək idi onların məqsədi. Amma səhv etdilər. Dəfələrlə demişəm ki, biz bu işğalla heç vaxt barışmayacağıq. Hər bir cəbrayıllı bir arzu ilə yaşayırdı ki, öz dədə-baba torpağına qayıtsın”.

Bu gün işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin, məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir. Yaxın gələcəkdə Cəbrayıl ölkəmizin inkişaf etmiş rayonlarından birinə çevriləcək.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın