21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Diplomatik müstəvidə Azərbaycanın qələbəsi danılmazdır

Diplomatik müstəvidə Azərbaycanın qələbəsi danılmazdır

Diplomatik müstəvidə Azərbaycanın qələbəsi danılmazdır.

Azərbaycan bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də böyük uğurlara imza atmış və ölkənin milli təhlükəsizliyi daha da möhkəmlənmişdir. Ölkənin müstəqil, açıq, praqmatik və milli maraqlara söykənən xarici siyasət kursu uğurla davam etdirilmişdir. Beynəlxalq münasibətlərimiz bərabərhüquqlu, qarşılıqlı hörmət və etimad əsasında qurulmuşdur. Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə rəşadətli Azərbaycan Ordusunun 44 günlük hərbi əməliyyatları nəticəsində torpaqlarımız düşmən tapdağından azad edildi və münaqişə bitdi.Qələbəmizin siyasi elementlərini sonrakı mərhələdə gücləndirməyi bacardıq. Azərbaycanın qələbəsi ilə bütün dünya barışmalı oldu, bunu qəbul etdi. Bütün bunlar Azərbaycanın diplomatik gücünün göstəricisi, diplomatik imkanlarının genişliyinə dəlalət edən amillərdir. Azərbaycan və Ermənistan liderləri aprelin 6-da Brüsseldəki görüşünün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alındı. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verildi. Ən mühüm məqam ondan ibarətdir ki, Ermənistanın arzusuna rəğmən, görüşdə hər hansı status məsələsi yox, post-münaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatının müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması və nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Bütün bunlar göstərir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyanın ən güclü diplomatlarından biridir. Dövlətlərarası münasibətlərin ruhunu, onların inkişaf perspektivlərini olduqca dəqiqliklə görə bilir, müəyyənləşdirir. Buna uyğun dövlətimizin mövqeyini formalaşdırır. Bunun nəticəsidir ki, biz 44 günlük Vətən müharibəsində ciddi siyasi-diplomatik elementlərə söykənən platforma üzərində hərbi qələbəmizi qazandıq.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru – Vəfa Bayramova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın