Zelenski Consona təşəkkür etdi
Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyanın Baş naziri Boris Consona Kiyevə səfər etdiyi üçün təşəkkür edib.
Qafqazaz.com xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə görüşdən sonra açıqlamasında deyib.
O, bu səfərin Ukraynaya dəstəyin göstəricisi olduğunu bildirib.
“Biz strateji dialoq rejimində danışıq apardıq. Dövlətlərimiz arasında gələcək layihələri planlaşdırdıq”, – deyə Zelenski bildirib.
O vurğulayıb ki, indi Conson genişmiqyaslı müharibə başlayandan bəri Ukraynanın necə dəyişdiyini öz gözləri ilə görüb.
“Rusiya Federasiyasına sanksiyalarla daha çox təzyiq göstərməliyik. Biz bu nəticələrə ümid edirk”,- deyə Zelenski bildirib.
Zelenski Rusiya Federasiyasına qarşı güclü sanksiyalar tətbiq etməkdə davam edən Böyük Britaniyaya təşəkkür edib və digər demokratik Qərb dövlətlərinin də ondan nümunə götürməli olduğunu vurğulayıb.
Bundan əlavə, Zelenski Böyük Britaniyanın Baş nazirinə Rusiya Federasiyası ilə danışıqların gedişi barədə məlumat verib.