22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir

Cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir

Cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir

 

Xalqımız 44 günlük Vətən müharibəsində qazanılan qələbələrlə tarixinin şanlı səhifələrini yaşadı. İgid oğullarımız düşmənin bütün terrorçu əməllərinə baxmayaraq onlara məhz döyüş meydanında layiqli cavab verərək tarixi torpaqlarımızda Azərbaycan bayrağını dalğalanırdı. Son günlər idmançılarımız əldə etdiyi qələbələrlə yeni şanlı səhifələr yazır, bayrağımızı beynəlxalq arenalarda dalğalandığı və xalqımıza böyük qürur hissi yaşadırlar. Bu gün əldə edilən uğurların təməlində gənc nəsilin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğulayan dövlət başçımız bildirmişdir: “Gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Azərbaycan vətəndaşları – həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər”.

Bu gün idmançılarımız beynəlxalq yarışlarda qalib gəlmiş müzəffər xalqı təmsil edir. Halbuki 30 ilə yaxın idi ki, istər siyasi, istərsə də idman arenalarında məglub ölkə kimi təmsil olunurduq. Cənab Prezidentimizin qeyd etdiyi kimi, sübut edirdik ki, biz beynəlxalq yarışlarda göstərdiyimiz məharət, güc və iradəni döyüş meydanında da nümayiş etdirə bilərik. Bu, Vətən müharibəsində sübuta yetirildi. Beləliklə, hazırda qalib ölkənin qalib Siyasətçisi, qalib idmançıları ilə qələbənin xoşbəxtliyini yaşayırıq. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bütün arenalarda davamlı olaraq zəfər bizimlədir, bizimlə olacaq.

Vüsalə Kərimova –Zərdab şəhər 1 saylı məktəbliseyin direktoru 

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın