Azərbaycan bayrağı zirvələri fəth edir
Azərbaycan bayrağı zirvələri fəth edir.
Rumıniyanın paytaxtı Budapeşt şəhərində keçirilmiş Avropa çempionatında güləşçilərimiz həmişə olduğu kimi bir daha xalqımızı sevindirərək böyük qələblərlə Vətənə qayıtmışlar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın bayrağını və idman şöhrətini yüksəklərə qaldırdılar. Həmin çempionatda medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazanaraq həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə Avropa birincisi oldular.
44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyət tələb edən vəzifədir. Odur ki,İdmançılarımız hər bir yarışa çıxanda unutmurlar və unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və bu onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır. Rəqib cığallıq edəndə, nalayiq hərəkət edəndə bizim idmançılarımız öz gücü ilə qaydalar çərçivəsində rəqiblərini yerinə oturda bilmişdilər.
Azərbaycan dövləti bütün imkanlarindan istifadə edir ki, gənc nəsil mütləq vətənpərvərlik ruhunda, milli dəyərlər əsasında tərbiyə alsın. Azərbaycan vətəndaşları – həm idmansevərləri, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşları həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinir və qürurlanırlar.
Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbələr qazanır.
Gələcək yarışlarda da Azərbaycan mütləq birinci sıralarda olacaq. Nəinki güləş, eyni zamanda, bütün idman növlərində idmançılar əsas yarışlara indidən hazırlaşmalıdırlar. Düzgün təlim-məşq toplanışları müəyyən edilməlidir. 2024-cü ildə Parisdə keçriləcək Olimpiya Oyunlarında Azərbaycan çox uğurla çıxış edə bilər və etməlidir. Gələcək yarışların nəticələrinə baxmayaraq əsas odur ki, idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etsinlər, necə ki, bu günə qədər ləyaqətlə təmsil ediblər.
Ədalət, eyni zamanda, mərhəmət, məğlub edilmiş tərəfə müəyyən dərəcədə mərhəmət hisslərinin göstərilməsi də xalqımıza xas olan xüsusiyyətlərdən biridir. Əsas odur ki, biz düşməni və ya idmançı rəqiblərimizi məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etmişik və etməliyik.
Qələbədən daha vacib olan ləyaqətdir. İdman yarışlarında feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir. Qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir. Halal qələbəni idmançılarımız öz istedadı, zəhməti hesabına qazanıb.Bundan sonrada bu şəkildə davam edəcəyinə hər bir azərbaycanlı inanır. Biz öz döyüşçülərimizə də, idamançılarımıza da bütün qəlbimizlə güvənirik.
Gülalı Çaxoyev
Saatlı rayon Günəşli kənd ümumi orta məktəbin fiziki tərbiyə müəllimi