21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycanın yeni inkişaf ssenariləri: “Özəlləşdirmə çeklərindən istifadəyə şərait yaradılması…”

Azərbaycanın yeni inkişaf ssenariləri: “Özəlləşdirmə çeklərindən istifadəyə şərait yaradılması…”

Azərbaycanın yeni inkişaf ssenariləri: “Özəlləşdirmə çeklərindən istifadəyə şərait yaradılması…

 

” Hər bir inkişaf etmiş ölkənin yüksək tərəqqi mərhələsinə çatması birbaşa azad və liberal iqtisadiyyatın təmin edilməsindən asılıdır. Azərbaycan milli iqtisadiyyatın formalaşdırılmasını və ədalətli sosial cəmiyyətə keçidi məhz ilk növbədə, liberal iqtisadiyyatın təmin edilməsi idi. 1995-ci ildə “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”nın təsdiq edilməsi ilə ölkəmizdə özəlləşdirmənin dərin əsasları qoyuldu. Özəlləşdirmə proqramı hazırlanarkən bu sahədə bir çox xarici ölkələrin təcrübəsi öyrənildi. Nəticədə Azərbaycanda özəlləşdirmə çekləri vasitəsilə dövlət əmlakının bir hissəsinin əmək kollektivi üzvlərinə və ölkə vətəndaşlarına əvəzsiz verilməsi qərara alındı. Təəssüf ki, əksər çek sahibləri zamanından yaradılan imkandan yararlana bilmədi. Bunun səbəbi isə bəzi yüksək vəzifəli şəxslərin vətəndaşların məlumatsızlığından istifadə edərək, onları aldatması və çeklərini səhiblənməsi oldu. Lakin zaman-zaman bu məsələ öz aktuallığını qoruyub saxlaya bilər və əlində hələ də çeki olan şəxslər hüquqlarının bırpasını arzulayırlar. Bu fonda əlində çekləri qalan 31 min vətəndaş haqqlarının geri qaytarılması üçün ölkə başçısı İlham Əliyevə Açıq Məktub ünvanlayıblar. Sözügedən AÇIQ MƏKTUB-la aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://www.facebook.com/groups/668471343515846/permalink/1495607760802196/

 

Mövzu ilə bağlı Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Vahidoğlu Saat24.az-a açıqlamasında bildirib ki, o vaxtı vətəndaşların puşa çıxan ümidlərinin geri qaytarılması üçün özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması məqsədəuyğunur: Prosesə start veriləndə vətəndaşların təmin olunan şəraitdən rahat şəkildə istifadə edə biləcəkləri ümid edilirdi. Təəssüf ki, özəlləşdirmə prosesi doğru aparılmadı. Nəticədə vətəndaşların böyük qismi əlindəki çeki müəyyən vəsait qarşılığında qara bazarda satmaqla, sahib olduqları çekdən məqsədəuyğun şəkildə istifadə edə bilmədilər. Unutmaq olmaz ki, bu gün xeyli sayda insanın əlində özəlləşdirmə çekləri var. Özəlləşdirmə çeklərindən istifadəyə şərait yaradılması müsbət təsirlərə malik ola bilər. Məsələn, sözügedən çeklərdən işğaldan azad olunmuş ərazilərdə özəlləşdirmə prosesi zamanı istifadə edilə bilər. Həmin ərazilərdə özəlləşdirmə prosesinin başlaması özəlləşdirmə çeklərini tədavülə buraxa bilər ki, bu, vətəndaşların gələcəyi üçün effektiv nəticələrə yol açar”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov isə öz növbəsində qeyd edib ki, ölkəmizdə özəlləşdirmə siyasətinin ən mühüm istiqamətlərindən biri 25 mart 1996-cı il tarixli fərmanla “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında” Əsasnamənin təsdiq edilməsidir. Bununla yanaşı, “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” fərman da imzalandı: “Fərmana əsasən, dövriyyə dəyəri özəlləşdiriləcək dövlət əmlakının 65 faizinə bərabər olan 32 min ədəd özəlləşdirmə çeki buraxıldı. 1997-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının vətəndaşı kimi qeydiyyatda olan hər bir şəxs 4 çekdən ibarət olan 1 özəlləşdirmə payı aldı. Özəlləşdirmə payını almış vətəndaşlar dövlət müəssisələrinin səhmlərinin və ya hissələrinin satın alınmasında həmin çeklərdən istifadə etməklə, güzəştli qaydada iştirak hüququna malik oldular. Bununla yanaşı, özəlləşdirmə çeklərinin qiymətli kağızlar bazarında sərbəst alınması və satışı üçün geniş imkan yaradıldı. Həmçinin Azərbaycanda yerli və xarici vətəndaşların iştirakı ilə özəlləşdirmənin həyata keçirilməsi üçün əlverişli şərait təmin olundu. Ölkəmizdə baş verən yeni iqtisadi proseslər çərçivəsində özəlləşdirmə siyasətinin yenidən nəzərdən keçirilməsi vacibdir. Azərbaycan yeni iqtisadi islahatlar və yeni inkişaf ssenariləri ilə irəliləyir. İqtisadiyyatda dövlətin rolunun azaldılması və özəl investisiyaların artırılması işləri çərçivəsində özəlləşdirmə siyasətinə yenidən baxılması gözlənilir. Hazırda özəlləşdirmə ilə bağlı detallı iş planı və proqramın hazırlanması işləri davam edir. Özəlləşdirmə ilə bağlı qarşıdakı proseslərə və tələblərə əsasən, çeklərdən istifadə məsələsi də hökumətin yeni strateji qərarlarına əsasən müəyyən edilə bilər”.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın