Hər bir xalqın milli dəyərlərini yaşadan,inkişaf etdirən onun dilidir
Hər bir xalqın milli dəyərlərini yaşadan,inkişaf etdirən onun dilidir.
Dil bəşər tarixinin, insan dühasının ecazkar və hikmətli kəşflərindəndir. Milyon illər əvvəl insanın mağaralardan çıxaraq yavaş-yavaş inkişaf edib bugünkü mədəniyyət zirvələrinə gəlib çatmasında dilin rolu böyükdür. Hər bir xalq öz hisslərini və fikirlərini, təbiəti və cəmiyyəti idrak prosesindəki kəşflərini dil vasitəsilə ifadə edir və başqa xalqlara çatdırır. Eyni zamanda onların kəşflərini dil vasitəsilə öyrənir. Dil hər bir xalqın müqəddəs və tükənməz mənəvi xəzinəsidir. Hər bir dili yaşadan və inkişaf etdirən onun mənsub olduğu xalqdır. Dilin hər tərəfli inkişafı, zənginləşməsi, yüksək səviyyədə inkişaf edərək beynəlxalq nüfuz qazanması xalqın dəyərli övladlarının adı ilə bağlıdır. Dilin inkişafında milli müstəqillik ideyaları və dövlətçilik ənənələrinin, həmin ideya və ənənələri öz fəaliyyətində gerçəkləşdirən və həyata keçirən qüdrətli dövlət başçılarının, xalqının tarixində şərəfli yer tutan böyük siyasi xadimlərin böyük rolu olur.Ana dili hər bir xalqın həyatında mühüm rol oynayan əsas faktorlardan biridir. Dil həm də mədəniyyətdir. Milləti birləşdirən, onun tarixin ən ağır sınaqlarından keçməsində, qorunub saxlanılmasında, gələcək nəsillərə ötürülməsində ana dilinin rolu əvəzedilməzdir.Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimizin istifadəsinin genişlənməsinə, qorunub saxlanılmasına və bu sahəyə xüsusi qayğı göstərilməsinə qüdrətli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra daha çox önəm verildi. XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin müdrik kəlamlarının birində deyilir. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”. Heydər Əliyevin hakimiyyətdə olduğu 1969-1982-ci illərdə əldə ediləsi mümkün olmayan nailiyyətlər öz gerçəkliyini tapdı. Xalqımızın həyatında əsaslı dönüş məhz bu dövrdə yarandı. İlk növbədə təhsil, mədəniyyət, incəsənət, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi əsas məqsəd kimi qarşıya qoyuldu. Bütün sahələr üzrə misli görünməmiş uğurlar qazanıldı. Böyük tarixi şəxsiyyətin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrə nəzər saldıqda diqqət çəkən ən vacib və zəruri məqamlardan biri də hələ o vaxt bugünkü müstəqilliyin təməlinin yaradılması sahəsindəki fəaliyyətidir. Kommunist rejiminin sərt qaydalarına baxmayaraq xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, mənəviyyatı ilə bağlı məsələlər ətraflı şəkildə müzakirə olunmuş və milli tərəqqiyə yönələn mühüm əhəmiyyətli qərarlar qəbul olunmuşdur. Ölkədə milli dillərin sıxışdırılması siyasətinin yeridildiyi bir zamanda ulu öndər Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirirdi. 1969-cu ildən başlayaraq ana dilimiz tədricən xilas olundu. Bu işdə böyük zəhmət və məsuliyyət tarixi şəxsiyyət Heydər Əliyevin üzərinə düşdü. Dilini itirən xalq məhvə məhkumdur. Doğma Ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Tarix yaşadıqca xalqımız bu sərvətin qayğısına qalmalı və dilimiz gələcək nəsillərə ötürülməlidir. Ana dili hər bir xalqın həyatında müstəsna rola malikdir. Ölkımizdə ana dilimizin hərtərəfli inkişafı, onun saflığının qorunması, işlək dilə çevrilməsi və beynəlxalq münasibətlər sistemində yol tapması Ulu Öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətin nəticəsidir. Zərdab şəhər ümumi orta məktəbin dil-ədəbiyyat müəllimi- Yəhyayeva Lalə
Dil bəşər tarixinin, insan dühasının ecazkar və hikmətli kəşflərindəndir. Milyon illər əvvəl insanın mağaralardan çıxaraq yavaş-yavaş inkişaf edib bugünkü mədəniyyət zirvələrinə gəlib çatmasında dilin rolu böyükdür. Hər bir xalq öz hisslərini və fikirlərini, təbiəti və cəmiyyəti idrak prosesindəki kəşflərini dil vasitəsilə ifadə edir və başqa xalqlara çatdırır. Eyni zamanda onların kəşflərini dil vasitəsilə öyrənir. Dil hər bir xalqın müqəddəs və tükənməz mənəvi xəzinəsidir. Hər bir dili yaşadan və inkişaf etdirən onun mənsub olduğu xalqdır. Dilin hər tərəfli inkişafı, zənginləşməsi, yüksək səviyyədə inkişaf edərək beynəlxalq nüfuz qazanması xalqın dəyərli övladlarının adı ilə bağlıdır. Dilin inkişafında milli müstəqillik ideyaları və dövlətçilik ənənələrinin, həmin ideya və ənənələri öz fəaliyyətində gerçəkləşdirən və həyata keçirən qüdrətli dövlət başçılarının, xalqının tarixində şərəfli yer tutan böyük siyasi xadimlərin böyük rolu olur.Ana dili hər bir xalqın həyatında mühüm rol oynayan əsas faktorlardan biridir. Dil həm də mədəniyyətdir. Milləti birləşdirən, onun tarixin ən ağır sınaqlarından keçməsində, qorunub saxlanılmasında, gələcək nəsillərə ötürülməsində ana dilinin rolu əvəzedilməzdir.Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimizin istifadəsinin genişlənməsinə, qorunub saxlanılmasına və bu sahəyə xüsusi qayğı göstərilməsinə qüdrətli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra daha çox önəm verildi. XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin müdrik kəlamlarının birində deyilir. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”. Heydər Əliyevin hakimiyyətdə olduğu 1969-1982-ci illərdə əldə ediləsi mümkün olmayan nailiyyətlər öz gerçəkliyini tapdı. Xalqımızın həyatında əsaslı dönüş məhz bu dövrdə yarandı. İlk növbədə təhsil, mədəniyyət, incəsənət, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi əsas məqsəd kimi qarşıya qoyuldu. Bütün sahələr üzrə misli görünməmiş uğurlar qazanıldı. Böyük tarixi şəxsiyyətin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrə nəzər saldıqda diqqət çəkən ən vacib və zəruri məqamlardan biri də hələ o vaxt bugünkü müstəqilliyin təməlinin yaradılması sahəsindəki fəaliyyətidir. Kommunist rejiminin sərt qaydalarına baxmayaraq xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, mənəviyyatı ilə bağlı məsələlər ətraflı şəkildə müzakirə olunmuş və milli tərəqqiyə yönələn mühüm əhəmiyyətli qərarlar qəbul olunmuşdur. Ölkədə milli dillərin sıxışdırılması siyasətinin yeridildiyi bir zamanda ulu öndər Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirirdi. 1969-cu ildən başlayaraq ana dilimiz tədricən xilas olundu. Bu işdə böyük zəhmət və məsuliyyət tarixi şəxsiyyət Heydər Əliyevin üzərinə düşdü. Dilini itirən xalq məhvə məhkumdur. Doğma Ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Tarix yaşadıqca xalqımız bu sərvətin qayğısına qalmalı və dilimiz gələcək nəsillərə ötürülməlidir. Ana dili hər bir xalqın həyatında müstəsna rola malikdir. Ölkımizdə ana dilimizin hərtərəfli inkişafı, onun saflığının qorunması, işlək dilə çevrilməsi və beynəlxalq münasibətlər sistemində yol tapması Ulu Öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətin nəticəsidir.
Zərdab şəhər ümumi orta məktəbin dil-ədəbiyyat müəllimi- Yəhyayeva Lalə