21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV AZƏRBAYCAN DİLİNİN İNKİŞAFI VƏ ZƏNGİNLƏŞMƏSİ İSTİQAMƏTİNDƏ MÜXTƏLİF VASİTƏLƏRDƏN İSTİFADƏ EDİRDİ

  • MANŞET
  • 21 Aprel 2022
  • 2.632 BAXIŞ SAYI
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV AZƏRBAYCAN DİLİNİN İNKİŞAFI VƏ ZƏNGİNLƏŞMƏSİ İSTİQAMƏTİNDƏ MÜXTƏLİF VASİTƏLƏRDƏN İSTİFADƏ EDİRDİ

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV AZƏRBAYCAN DİLİNİN İNKİŞAFI VƏ ZƏNGİNLƏŞMƏSİ İSTİQAMƏTİNDƏ MÜXTƏLİF VASİTƏLƏRDƏN İSTİFADƏ EDİRDİ.

Bəşəriyyətin ən böyük, ən dahiyanə, ən qiymətli kəşfi dildir. Ana dili deyəndə yalnız sinədəki sözlər deyil, babaların əsrlər boyu adlayıb gələn nəfəsi, xalqın tarixi, onun özünütəsdiqi, qan yaddaşı, həyat tərzi, mədəni irsi nəzərdə tutulur. Dil ulu əcdadımızın yadigarı və nişanəsidir.Dil bütün dövrlərdə xalqın tarixinə daxil olaraq sonrakı illəri əhatə edir. O, xalqmızın milli-mənəvi sərvətidir. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “Xalqı xalq, milləti millət edən ana dilidir”.
Dahi rəhbərin ana dilinə verdiyi qiymət, bu dilin inkişafı, yayılması, böyük ictimai-siyasi mövqeyə malik olması üçün gördüyü işlər cəmiyyətdə milli şüurda həmişə öz təsir gücünü saxlayırdı.Ulu öndər Heydər Əliyevin qətiyyətli və prinsipial mövqeyi, ciddi səyi nəticəsində keçmiş SSRİ-nin 1978-ci ildə qəbul edilmiş yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdu. O zamankı reallıqla belə bir qərarın qəbulu xalqımız üçün kifayət qədər ciddi bir hadisə idi.
Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev 70-ci illərin əvvəllərindən dil sahəsində başladığı islahatları uğurla davam etdirdi. Ümummilli Lider gənc nəslin ana dilini düzgün, hərtərəfli və elmi əsaslar zəminində mənimsəməsini tövsiyə etmişdi: “Öz dilini sevməyən adam öz tarixini bilə bilməz. Ana dilini bilməyən gənc Nizamini oxuya bilməz. Füzulini oxuya bilməz. Cəlil Məmmədquluzadəni oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tariximizi bilməyəcək, bizim mədəniyyətimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaq.”

Ana dili hər bir xalqın mənliyinin əsasını təşkil edir. Bu haqda Ulu Öndər Heydər Əliyevin bir çox fikirləri vardır. Xalqımız kimi ana dilimiz də tarixin müxtəlif mərhələlərində müəyyən sınaqlarla üzləşmiş, lakin zamanın sınaqlarından qalib çıxmağı bacarmışdır. Azərbaycan dili zəngin imkanlara malikdir, çünki mənsub olduğu xalq zəngin mədəniyyətə, zəngin tarixə sahibdir. Ulu Öndər Heydər Əliyev bu haqda demişdir: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir.”Azərbaycan dilinə hər zaman yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev dilimizin qorunub saxlanması və inkişafı üçün yorulmadan çalışmışdır. Ulu Öndər Heydər Əliyev hər zaman qeyd edirdi ki, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun ana dilidir. Ana dilində danışmağı ilə fəxr etdiyini qeyd edən Ulu Öndər eyni zamanda Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərməyin də vacibliyini vurğulayırdı.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru – KÖNÜL   RƏHİMOVA

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın