Əməkdaşlığın səmərəliliyini artıran amil
Əməkdaşlığın səmərəliliyini artıran amil.
Son illərdə türkdilli dövlətlərin bütün sahələrdə əməkdaşlığı artmaqdadır. Bu işdə Azərbaycanın rolu böyükdür. Türk soylu dövlətlərin təşkilatlarda birləşməsi onların gücünü artırır. Əməkdaşlığın səmərəliliyini ortaq dəyərlər, tarix də təmin edir. Azərbaycanın bütün türkdilli dövlətlərlə yaxşı münasibətləri var. Bu beynəlxalq məsələlərdə mövqelərin möhkəmlənməsinə kömək edir. Qırğızıstanın prezidentinin Azərbaycana səfəri də sözsüz, əməkdaşlığı daha da yüksəldəcəkdir. Bu görüşdə on sənəd imzalanıb. Sənədlərin əhəmiyyəti çox böyükdür. Deyə bilərik ki, Azərbaycan-Qırğızıstan əlaqələri yeni mərhələyə qədəm qoyur. Bu iqtisadi sabitliyi, diplomatik üstünlüyü təmin etmək üçün əhəmiyyətlidir. Dövlət başçılarının görüşü zamanı gələn il Qırgız Respublikası ilə diplomatik münasibətlər qurulmasının 30 illiyinin qeyd ediləcəyəni bildirən Azərbaycan Prezidenti İlham Əliyev bunu tarixi hadisə adlandırdı. Ölkəmizin başçısı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdıgını qeyd edərək, belə bir hadisənin əlamətdardarlığını xatırladaraq, ötən 29 il ərzində iki dövlət arasında münasibətlərin ilk dəfə bu səviyyəyə yüksəldiyini diqqətə çatdırdı. Prezidentimiz cənab İlham Əliyev, eyni zamanda, strateji tərəfdaşlıgın böyük üstünlüklər verəcəyini və beynəlxalq qurumlarda iki ölkənin bir-birinin maraqlarını müdafiə edəcəyini önə çəkib.
Yuxarı Seyidlər kənd tam orta məktəbin direktoru- Qabil Məmmədov