22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Heydər Əliyevi xatırlayarkən ilk növbədə onun xilaskar obrazı göz önünə gəlir

Heydər Əliyevi xatırlayarkən ilk növbədə onun xilaskar obrazı göz önünə gəlir

Heydər Əliyevi xatırlayarkən ilk növbədə onun xilaskar obrazı göz önünə gəlir

 

Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail olundu, iqtisadiyyat  dirçəldi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevrildi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış bir çox transmilli layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməli qoyuldu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı.

Tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini yaraatmağa nail oldu. İlk milli Konstitusiyanı gerçəkləşdirməklə demokratik hüquqi dövlət quruculuğu prosesinə güclü təkan verildı. Ölkədə hüquqi dövləti qurmaq üçün mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyət bölgüsü kimi prinsiplər yaradıldı.

Ulu öndər ordu quruculuğunu prioritet fəaliyyət istiqamətlərindən biri elan edərək eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında təşəbbüsü ələ almaqla danışıqlar prosesində Azərbaycanın üstün mövqeyini təmin etdi.

Heydər Əliyev dövlət və xalq naminə bir insanın, rəhbərin, şəxsin edə biləcəyi nə varsa, hamısını edib. Və bu nailiyyətləri etibarlı əllərə ötürüb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 18 ilin bənzərsiz uğurlu nəticələri və xüsusilə,  ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər bu danılmaz  həqiqətin bariz sübutudur.

Heydər Əliyev Azərbaycanı bir dövlət kimi müstəqilliyini itirmək təhlükəsindən xilas etmiş, İlham Əliyev isə bu siyasəti davam etdirərək ölkənin ərazi bütövlüyünü təmin etmişdir. Bunların hər ikisi-müstəqillik və ərazi bütövlüyü tarixi xilaskarlıq missiyasının bir-birini tamamlayan qoşa qanadlarıdır. Çünki dövlətin mövcudluğu baxımından vəhdətdə olmalı bu iki şərtin birini digərsiz təsəvvür etmək mümkün deyil. Azərbaycanın nail olduğu bu uğur siyasi varisliyin ən bariz nümunəsidir.

 

 

Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın