22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Böyük qayıdış” dediyimiz prosesə start verildi

“Böyük qayıdış” dediyimiz prosesə start verildi

“Böyük qayıdış” dediyimiz prosesə start verildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 27 may 2022-ci il tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. Bu layihə üzrə təməlqoyma mərasimi 2021-ci ilin aprelin 26-da keçirilmişdi. Prezident cənab İlham Əliyevin azad olunmuş ərazilərin bərpası ilə bağlı özünəməxsus baxışı var. Dövlətimizin başçısı dəfələrlə bəyan etmişdi ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan “Ağıllı kənd” , “Ağıllı şəhər” konsepsiyaları asasında bərpa olunacaq.

Cənab Prezident açılış mərasimində çıxışı zamanı bir çox mühüm məsələlərə münasibət bildirmişdir. İlk növbədə qarşıdan gələn Müstəqillik Günü münasibəti ilə mərasim iştirakçılarını təbrik edın cənab Prezident bildirmişdir ki, Müstəqillik Günü ərəfəsində bu tədbirin keçirilməsinin böyük rəmzi mənası var. Ağalı kəndinin yenidən qurulması və belə müasir vəziyyətə gətirilməsi müstəqilliyimizin möhkəmləndirilməsindən aslı idi. Bu gün hər bir Azərbaycan vətəndaşı, hər bir insan görür ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xöşbəxt yaşaması üçün əsas amildir. Cənab Prezident İlham Əliyev çıxışında vurğulamışdır ki, “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi ilə “Böyük Qaydış” prosesinə start verilmişdir. Ağalı kəndində icra olunan birinci pilot layihə üzrə 200 evdən ibarət “Ağıllı kənd” salınmışdır. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi nəzərdə tutulur. Həyata keçirilən layihədə yüksək səviyyədə yaşayış üçün lazım olan bütün şərait- məşğulluq, məktəb, baxça, tibb məntəqəsi, bütün xidmətlər- “ASAN”, QOST”, kiçik və orta biznesə dəsdək xidmətləri nəzərdə tutulmuşdur.

Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılış mərasiminin keçirilməsi göstərir ki, artıq “Böyük Qaydış” prosesinə start verildi və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə sürətlə həyata keçirilən geniş miqyaslı bərpa-quruculuq işləri nəticəsində “Böyük Qaydış” Proqramı uğurla həyata keçiriləcək, vaxtı ilə həmin ərazilərdə yaşayan vətəndaşlarımız öz ata-baba yurdlarına qayıdacaqlar.

 

Zeynalov Səlim – Zərdab rayon Dəkkoba kənd tam orta məktəbinin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın