Bandunq prinsiplərinin təşviqinə Azərbaycan öz töhfəsini verməyə çalışır
Bandunq prinsiplərinin təşviqinə Azərbaycan öz töhfəsini verməyə çalışır.
Qoşulmama Hərəkatın yaradılması ideyası 1955-ci ildə İndoneziyada Bandunq konfransında irəli sürülmüşdür.
Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Ölkəmiz bu müddət ərzində beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə daha geniş məlumatlandırılmasına nail olub, təşkilatın qəbul etdiyi sənədlərdə münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə davamlı dəstək ifadə edilib . Ölkəmizin bu təşkilatda fəal rol oynaması heç də təsadüfi deyil. Azərbaycanın öz siyasətində rəhbər tutduğu və müdafiə etdiyi dəyərlər bu təşkilatın prinsipləri ilə üst-üstə düşür. Eyni zamanda , bu təşkilat sahib olduğu iqtisadi, siyasi resurslarla geniş əməkdaşlıq platforması təklif edir.
Hərəkata sədrlik müxtəlif regional qruplardan olan dövlətlər arasında üç ildən bir rotasiya edir. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirir.
İyun ayının 30-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında cənab Prezident İlham Əliyev bildirmişdir ki, “Bandunq prinsipləri ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi Azərbaycan tərəfindən qəbul edilir. Ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə – bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı”
Aytac Soltanova – Zərdab rayonu Bıçaqçı kənd tam orta məktəbinin müəllimi