22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Dövlət başçısının yeni təyin olunmuş icra başçıları ilə görüşdə qarşıya qoyduğu vəzifələrdən biri şəhid ailələrinə xüsusi diqqət göstərilməsidir

Dövlət başçısının yeni təyin olunmuş icra başçıları ilə  görüşdə qarşıya qoyduğu vəzifələrdən biri şəhid ailələrinə xüsusi diqqət göstərilməsidir

Dövlət başçısının yeni təyin olunmuş icra başçıları ilə  görüşdə qarşıya qoyduğu vəzifələrdən biri şəhid ailələrinə xüsusi diqqət göstərilməsidir.

Prezident cənab İlham Əliyev iyulun 25-də Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən regionların inkişafına yönələn addımlardan, əldə olunan nəticələrdən, qarşıya qoyulan hədəflərdən, ən əsası rayon rəhbərlərinin üzərinə düşən vəzifənin yerinə yetirilmə  səviyyəsindən bəhs edərək bildirmişdir ki,  bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz: “Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır”.

Dövlət başçısının qeyd olunan görüşdə qarşıya qoyduğu vəzifələrdən biri şəhid ailələrinə xüsusi diqqət göstərilməsidir. Dövlətimizin şəhid ailələrinə, qazilərimizə diqqət və qayğısı göz önündədir. Onların sosial məsələlərinin həlli qarşıda duran ən mühüm vəzifə kimi dayanır. Hər zaman bu çağırış səsləndirilir ki, dövlətlə yanaşı, hər bir vətəndaş, dövlət məmuru  şəhidə ailələrinə, qazilərə diqqət və qayğı göstərməlidir. Onların qanı, canı bahasına 30 illik işğala son qoyulub, torpaqlarımız öz tarixi sahibinə qayıdıb.  Qeyd olunan görüşdə  dövlət başçısı İlham Əliyev  tarixi Zəfərimizdə dövlətimizn qətiyyətini mövqeyindən bəhs edərək bu fikri xüsusi qeyd etdi ki,  azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun”.

“Dövlət başçısının qarşıya qoyduğu  əsas vəzifələrdən biri hər bir rayon rəhbərliyinin rayonun inkişafı ilə bağlı təşəbbüs göstərməsi oldu” ,- söyləyən YAP Xətai rayon təşkilatının sədri  bildirib ki, dövlət  təsdiqlənən Dövlət proqramlarında hər bir rayonun gələcək inkişafını  necə görmək istədiyini nəzərdə tutduğu tədbirləri  ilə təsdiqləyir:  “Rayon rəhbərliyi  qarşıya qoyulan vəzifələri, eyni zamanda, özünün təşəbbüslərini   sistemli şəkildə icra etməklə bölgənin sürətli inkişafına öz töhfəsini verməlidir. Reallıq budur ki, Azərbaycanın hər bir  bölgəsi zəngin potensiala malikdir, onlardan səmərəli istifadə etmək üçün zəruri addımlar atılır.  Sözügedən rayonların hər birinin zəngin turizm potensialı hər kəsə məlumdur. Həmçinin son illərdə kənd təsərrüfatının  ayrı-ayrı sahələrinin inkişafının prioritetliyini  nəzərə alsaq,  hər üç rayonda kənd təsərrüfatının inkişafı üçün  çox gözəl imkanlar mövcuddur. “Burada da müasir tələblərə uyğun kənd təsərrüfatı yaradılmalıdır” ,- söyləyən dövlət başçısı bildirdi ki, müasir aqrotexniki tədbirlərin görülməsi, tətbiq edilməsi şərtilə heyvandarlıq, bitkiçilik rayonların xüsusiyyətlərinə görə inkişaf etməlidir. Bununla bağlı olan çox ciddi məsələ torpaqlardan səmərəli istifadə edilməsidir. Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanmış, qanunsuz zəbt edilmişdir”.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın