22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan dilinin elektron məkanda geniş istifadəsini təmin edən tədbirlər

Azərbaycan dilinin elektron məkanda geniş istifadəsini təmin edən tədbirlər

Azərbaycan dilinin elektron məkanda geniş istifadəsini təmin edən tədbirlər.

Bu gün Azərbaycan dilinin istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılıb. Eyni zamanda, elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Belə bir zamanda dövlət başçısının 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı dilə olan qayğının daha bir təzahürüdür. Sənədə əsasən, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Respublikasında “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin tətbiqinə, həyata keçirilməsi mexanizmləri hazırlanmışdır.

Sərəncam müstəqil dövlətçiliyimizin əsas atributlarından biri olan Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin, bu dillə maraqlanan şəxslər üçün əlçatarlığının təmin edilməsi və öyrənilməsinin asanlaşdırılması şərait yaratmışdır. Bu gün ölkəmizdə yüzlərlə əcnəbi təhsil alır və belə bir zamanda ölkəmizi əcnəbi tələbələrə daha yaxından tanıtmaq, onların Azərbaycan cəmiyyətinə inteqrasiyasını asanlaşdırmaq məqsədi ilə tədbirlər həyata keçirilir. Dövlət başçısının imzaladığı Sərəncam əcnəbilərin ölkəmizlə mənəvi bağlarını daha da möhkəmlətmək, o cümlədən, ölkəmizdə təhsil alan xarici ölkə vətəndaşlarının Azərbaycan dilini öyrənməsinə geniş imkanlar yaradıb.

Nuray Kərimli  –Zərdab şəhər sakini,  tələbə, fəal gənc 

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın