Ərzaq təhlükəsizliyi
Ərzaq təhlükəsizliyi.
Cənab Prezident İlham Əliyev ölkəmizin bölgələrinə mütəmadi səfərləri çərçivəsində müxtəlif müəssisələrin açılışlarını edir, regionların sosial-iqtisadi vəziyyəti ilə yerində tanış olur və bu sahədə müvafiq tapşırıqlarını verir. Bütün bunlar həm ölkənin hərtərəfli inkişafına, həm də xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardır. Cənab Prezident və birinci xanım Mehriban Əliyevanın avqustun 12-də İsmayıllı və Ağsu rayonlarına səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Məlum olduğu kimi, Azərbaycanın hərtərəfli inkişafı regionların timsalında da özünü bariz şəkildə göstərir. Bu da səbəbsiz deyil. Belə ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb. Lakin nəzərə alsaq ki, son zamanlar Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa-quruculuq işləri həyata keçirir, iqtisadi imkanlarımız Qarabağın yenidən qurulmasına yönəldilib, bütün bunlara baxmayaraq, ölkəmizin digər bölgələri də unudulmur, regionlarda böyük infrastruktur layihələri həyata keçirilir, tarixi abidələrin bərpası, müasir standartlara cavab verən turizm obyektlərinin istifadəyə verilməsi, qeyri-neft sektorunun inkişafı davamlı şəkildə artmaqda davam edir. Cənab Prezident İlham Əliyev Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsi zamanı regionlarımızın inkişafı, o cümlədən ərzaq təhlükəsizliyi məsələləri barədə ətraflı şəkildə fikirlərini ifadə etdi. Sevindirici haldır ki, dünyada gedən iqtisadi-siyasi proseslər fonunda Azərbaycan dünya iqtisadiyyatına uğurla inteqrasiya edir. Xüsusilə, bu gün dünya ölkələri ərzaq təhlükəsizliyi ilə üzləşdiyi vaxtda Azərbaycan özünü ət məhsulları, süd, süd məhsulları ilə təmin edir. Lakın əlbəttə ki, biz özümüzü taxılla hələ uzun illər tam təmin edə bilməyəcəyik. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi. Azad edilmiş torpaqlarda da əkin-biçin işləri aparılır. Gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək. Bu bir daha göstərir ki, Azərbaycan Prezidentinin siyasətinin mərkəzində vətəndaşların rahat həyat şəraiti və məmnunluğu dayanır, heç bir layihə təxirə salınmır.
Həsən bəy Zərdabi muzeyinin elmi işçisi Tavad Qurbanova