22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

İkitərəfli əməkdaşlıqda yeni səhifə açılır

İkitərəfli əməkdaşlıqda yeni səhifə açılır

İkitərəfli əməkdaşlıqda yeni səhifə açılır

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər, imzalanan sənədlər, eyni zamanda, dövlət başçımız cənab İlham Əliyevə Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeninin təqdim olunması perspektivlər barədə aydın təsəvvür yaradır. Səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin xüsusi əhəmiyyəti vardır.  Bəyannamədə qeyd edildiyi kimi biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. İmzalanan Bəyannamə iki ölkə arasında  əməkdaşlığın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyət üçün çox ciddi baza kimi xidmət edəcəkdir.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı reallıqlar göz önündədir. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası ilə bağlı Azərbaycanın göstərdiyi səylər belə bir cümlə ilə ifadə edilir ki, Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Bu mühüm addım türk dünyasının birliyinə, həmrəyliyinə böyük töhfə olacaqdır.

Beləliklə, iki qardaş dövlət arasında olduqca əhatəli bir əməkdaşlığın yeni bünövrəsi qoyulub. Bir yandan əmtəə dövriyyəsinin artırılması, investisiya layihələrinin, nəqliyyat-logistika istiqamətləri üzrə əlaqələrin, kənd təsərrüfatında, sənaye sahəsində əməkdaşlığın dərinləşməsi, müştərək layihələrin reallaşdırılması, təcrübə mübadiləsinin və praktiki qarşılıqlı fəaliyyətin gerçəkləşməsi nəzərdə tutulur.

 

Zərdab rayon Salahlı kənd ümumi  orta məktəbin direktor əvəzi- Rəşad İsmayılov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın