22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi

  • MANŞET
  • 25 Sentyabr 2022
  • 2.523 BAXIŞ SAYI
Ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi

44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi.

 

Ermənilərin xalqımıza qarşı  düşmənçilik siyasəti  200 ildən artıq  bir zaman kəsiyində –  çar Rusiyası zamanı  əzəli Azərbaycan torpağı  Qarabağa  ermənilərin  köçürüldükləri vaxtdan başlayaraq  bu günə qədər davam etmişdir.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuz, igid əsgər və zabitlərimiz azğınlaşmış erməni təcavüzkarlarının, onların havadarlarının dərsini verdi, ordumuzun, xalqımızın birliyini  və şücaətini  bütün dünyaya nümayiş etdirildi. Bu, xalqımızın heç vaxt unudulmayacaq tarixi qələbəsidir. Bu haqqın-ədalətin zəfəridir. Bu, Prezidentlə xalqın, ordunun birliyinin təntənəsidir. Azərbaycan xalqı bu zəfərlə, qələbə ilə fəxr edir.

Cənab Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəqiq və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan tarixi Qələbə qazandı. 44 günlük Vətən müharibəsi dövründə  ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə  sinə gərməyi bacardı və ölkənin potensialı bütün platformalarda Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsinə yönəldildi.  Prezident İlham Əliyev prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi, məqsədyönlü, ardıcıl siyasət apardı və bütün bunların nəticəsi olaraq tarixi Qələbə qazandıq.

Son 30 ildə havadarlarına arxalanan Ermənistandakı hərbi-siyasi xuntalar güman edirdilər ki, “xilaskar”ları bu dəfə də onların köməyinə gələcək. Lakin 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.

Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur. Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu/

Azərbaycan dövləti və xalqı 44 günlük Vətən müharibəsi zamanı böyük Qələbənin, parlaq Zəfərin qazanılması üçün mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

 

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın