21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Münaqişə yalnız hərbi yolla həll oluna bilərdi və müzəffər Azərbaycan Ordusu bunu etdi

Münaqişə yalnız hərbi yolla həll oluna bilərdi və müzəffər Azərbaycan Ordusu bunu etdi

Münaqişə yalnız hərbi yolla həll oluna bilərdi və müzəffər Azərbaycan Ordusu bunu etdi

200 ildən çox idi ki, ermənilər Azərbaycana qarşı düşmənçilik və etnik dözümsüzlük siyasəti yeridir, havadarlarının köməyi, hərbi dəstəyi ilə əzəli torpaqlarımızı qəsb etməyə, ərazilərimizə sahiblənməyə çalışır və çox vaxt buna nail olurdular. Bizə qarşı bu düşmənçilik çar Rusiyasının məkrli, hiyləgər siyasəti sayəsində ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürüldüyü zamanlardan başlanıb və bu gün də davam etdirilir. Bu yaramaz toplum Vətənimizə köçürüldükləri ilk vaxtlardan hətta yer adlarımızı – toponimlərimizi də həyasızlıqla dəyişir, mümkün olduqca daha çox münbit ərazilərimizə yiyələnməyə cəhd edir, üstəlik, azərbaycanlıları doğma yurd-yuvasından, əksər hallarda havadarlarının verdikləri silahlara arxalanaraq qovub çıxarır, müqavimət göstərənləri amansızlıqla öldürürdülər. Elə 1905-1907-ci və 1918-1920-ci illərdə onlar rusların himayəsi altında əzəli torpaqlarımız olan İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda yüz minlərlə dinc azərbaycanlının ev-eşiyini viran qoydular, uşaq, qadın, qoca bilmədən vəhşicəsinə, xüsusi qəddarlıqla qətlə yetirərək soyqırımıı törətdilər, minlərlə yaşayış məntəqəmizi yerlə yeksan etdilər.
Bu siyasət sovet dövründə də davam etdirildi, 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı Kür-Araz düzənliyinə deportasiya olundu, 1988-ci ildə daha 300 min azərbaycanlı doğma yurdundan qovuldu və “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideya ilə alışıb yanan Ermənistan monoetnik dövlətə çevrildi. Azğınlaşmış bu yırtıcılar rus himayədarlarının köməyi, dəstəyi və iştirakı ilə 1988-ci ildən Qarabağda eyni vəhşilikləri törətməyə başladılar.
Ermənilərin tarixi ərazilərimizdə törətdikləri soyqırımı siyasətinə ilk dəfə ümummilli lider Heydər Əliyev siyasi-hüquqi qiymət verərək 1998-ci il 26 mart tarixli Fərmanı ilə martın 31-ni Azərbaycanlıların Soyqırımı günü elan etdi.
1988-1994-cü illərdə ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etdilər, yaşayış məntəqələrini dağıdaraq dinc əhalini amansızcasına qətlə yetirdilər. Bu qətliamların ən ağılasığmazı 1992-ci il fevralın 26-da Xocalıda törədildi. Ermənilər 366-cı rus alayının iştirakı ilə 7 min əhalisi olan Xocalı şəhərinə hücum edərək 613 nəfəri, o cümlədən 106 qadını, 63 azyaşlı uşağı, 70 qocanı öldürdülər, 8 ailəni tamamilə, 25 uşağın hər iki valideynini, 130 nəfərin valideynlərindən birini qətlə yetirdilər, 1000 nəfəri əlil etdilər.
Münaqişəsinin nizamlanması üçün 1992-ci il martın 24-də ATƏM-in (indiki ATƏT) Minsk Qrupu yaradılsa da bu qrup 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı və heç bir nəticə olmadı, beynəlxalq qətnamələr kağız üzərində qaldı. BMT də işğalçı Ermənistana təzyiq göstərmədi, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. BMT Təhlükəsizlik Şurasının Ermənistan ordusunun işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı və icra olunmadı.
Ona görə də münaqişəni hərbi yolla həll etmək tarixi zərurətə çevrildi və rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük hərbi əməliyyatlar nəticəsində bu tarixi missiyanı şərəflə yerinə yetirdi, doğma Qarabağımızı işğaldan azad edərək 30 illik işğala son qoydu.

İsaməddin Əhmədov – “Əkinçi” qəzetinin redaktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın