22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi

44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi

44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi.

2020-ci il sentyabrın 27-də başlayan və noyabr ayının 9-dək davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək böyük zəfərə imza atdı.

Bu 44 gün ərzində Silahlı Qüvvələrimiz hər gün ildırımsürətli antiterror əməliyyatları gerçəkləşdirərək işğal edilmiş sərhədlərimizə doğru irəlilədi, düşmənin xeyli sayda hərbi texnikasını və canlı qüvvəsini məhv etdi.

Möhtərəm Prezident İlham Əliyevin hakimiyyəti dövründə iri infrastruktur layihələrinin həyata keçirilməsindən əldə edilən valyuta gəlirləri hesabına Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etdirildi, eləcə də Ordumuz ən müasir silahlarla təchiz edilərək regionun ən güclü silahlı qüvvəsinə çevrildi.

Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı azadlıq müharibəsində dünya hərb tarixinə düşən Böyük Qələbəsi də uğurla həyata keçirilən güclü dövlət, güclü ordu strategiyasının və milli birliyimizin təntənəsi idi.

Ermənistanın hərbi müdaxiləsinə cavab olaraq antiterror əməliyyatları kimi başlanan və Azərbaycanın böyük zəfəri ilə başa çatan 44 günlük Vətən Müharibəsində Qarabağ işğaldan azad edildi.

Bu əsrə bərabər 44 gündə Azərbaycan xalqı, dünya Azərbaycanlıları tək ürək oldu, ürək çırpıntısı ilə hər gün Ali Baş Komandan, Prezident İlham Əliyevdən yeni qələbə xəbəri gözlədi. Vətən Müharibəsi günlərində xalqa müraciətlərində İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin düşməni dəfələrlə üstələyən hərbi hazırlığı, döyüş texnikası bacarığı, qələbə əzmi və ruh yüksəkliyini xüsusi ilə qeyd edirdi: Çünki biz öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil.

Noyabrın 8-ində Şuşa şəhəri erməni işğalından azad edildi və Azərbaycanın mədəniyyət beşiyi və bütün Azərbaycanlıların doğma yurd yeri olan Şuşanın azadlıq günü – 8 Noyabr Zəfər Günü elan edildi.

Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun rəşadəti, Vətən uğrunda canlarını fəda etməyə hazır olan mərd oğullarımızın hünəri, xalqımızın həmrəyliyi nəticəsində 44 günlük haqq savaşımız Zəfərə çevrilərək Azərbaycan tarixinin ən şanlı Qələbəsi kimi salnaməyə qızıl hərflərlə əbədi yazıldı.

 

 Zərdab rayon Həsən bəy Zərdabi  muzeyinin əməkdaşı Dilarə Hacızadə

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın