22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

İqtisadi inkişafın əsas göstəricilərindən biri

İqtisadi inkişafın əsas göstəricilərindən biri

İqtisadi inkişafın əsas göstəricilərindən biri

Cənubi Qafqazda zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malik olan yeganə ölkə demək olar ki, Azərbaycan Respublikasıdır. Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir. Ölkəmiz daxili bazarda öz tələbatlarını tam təmin edib və bir sıra ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynayır. Qloballaşma şəraitində innovasiya fəaliyyətinin keyfiyyətcə yeni müstəvidə fəallaşması ilə bütün dünyada iqtisadi və təsərrüfat proseslərinin dəyişmə tempi, innovasiyaların yaranması və onların istehsal sahəsində tətbiqi misli görünməmiş şəkildə sürətlənir. İnkişaf etməkdə olan ölkələrin məhsuldarlığa əsaslanan iqtisadi artıma nail olmaları və müqayisəli üstünlüyü olan yeni istehsal sahələrini formalaşdırmaları zəruridir. Dünya iqtisadiyyatının əsas mərkəzləri arasında tarazlığın dəyişməsi, regional iqtisadi ittifaqların rolunun güclənməsi Azərbaycan üçün xarici iqtisadi inteqrasiya baxımından yeni imkanlar açır.

 

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın