22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır

Hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır

Hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır

Tariximizin hansı səhifəsini vərəqləsək, orada cəsur, igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Məhz bu amil vətənpərvərliyi şərtləndirir. Əsl vətənpərvər isə Vətənə məhəbbətini sözdə deyil, gördüyü işdə, çəkdiyi zəhmətdə, fəaliyyətində nümayiş etdirir. Buna görə də vətənpərvərlik – söz ilə əməlin üst-üstə düşməsidir. Ümummilli liderimiz Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyaları bugünkü və gələcək inkişafımızın təməlini təşkil edir. Ulu öndərin milli şüur – vətənpərvərlik şüuru yanaşması xalqımızın vətənpərvərlik tərbiyəsində nümunəyə çevrilmiş, vətəndaşlarımıza Vətən sevgisi aşılamışdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə həlledici məqamlarda öz sözünü deyib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra gənc nəslin üzərinə daha böyük məsuliyyət düşmüşdür. Müstəqillik əldə edəndən bu günədək ölkəmizdə həyata keçirilmiş islahatlar, görülmüş quruculuq işləri, insanların rifahı üçün yaradılmış imkanlar, gənclərə qayğı, onların cəmiyyətdəki roluna verilən önəm vətəndaşlarımızda vətənpərvərlik hissini, vətənə sevgini daha da möhkəmləndirmişdir. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə çevrilən İkinci Qarabağ müharibəsi barədə tarix boyu çox deyiləcək, çox yazılacaq. Çünki bu savaş beynəlxalq hüquq normalarının tapdalandığı, ayrı-ayrı dövlətlərin hüquqlarının pozulduğu dünya nizamında haqsızlığa  məruz qalmış bir xalqın güc yolu ilə ədaləti bərpa etməsinin nümunəsinə çevrildi. Bu savaş göstərdi ki, qüdrətli və müdrik lideri, milli həmrəyliyi olan xalqın qarşısında dayanmaq mümkün deyil.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın