22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

İstiqlal ideologiyamızın üç təməl prinsipi

İstiqlal ideologiyamızın üç təməl prinsipi

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun MilliBayrağı-Dövlət bayrağıdır.Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Azərbaycan Xalq Cumhuriyyəti 1918-ci ilin 28 mayda Tiflisdə elan olunarkən dövlətin atributları da təsis olundu. Hazırki üçrəngli bayraq haqqında qanun 9 noyabr 1918-ci ildə qəbul olunub. 9 noyabra kimi bayrağımız üzərində ay ulduz olan qırmızı rəngdən ibarət idi. Üçrəngli bayraq ideyasını gündəmə ilk dəfə Azərbaycan ideoloqlarından olan Əli bəy Hüseynzadə gətirib. Əli bəy Hüseynzadə 1907-ci ildə “Füyuzat” jurnalında olan bir məqaləsində “Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı” kimi ilk dəfə işlətdiyi bu fikri sonralar böyük mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: “Türk qanlı, islam imanlı, Avropa mədəniyyətli”. Dövlət Bayrğındakı mavi rəng Azərbaycan xalqının türk mənşəli olması, türküçülük ideologiyası ilə bağlıdır. Qırmızı rəng müasirləşməni ifadə edir. Yaşıl rəng islam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir. Azərbaycan bayrağının üç rəngi türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müsair Avropa demokratik əsaslarının simvoludur. Bayrağın üzərindəki aypara və səkkizgüşəli ulduzun mənaları barədə müxtəlif fikirlər vardır. Bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur ulduz isə Azərbaycan memarlıq üslubunda geniş istifadə olunub və səkkiz guşə səkkiz türk xalqının simvoludur.

 

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Kamal Xəlilov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın