Ölkənin inkişaf tarixində yeni səhifə
Ölkənin inkişaf tarixində yeni səhifə
3 oktyabr 1993 -cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun ilk pilləsi olmuşdur. Xalqımızın tarixində olan ən önəmli hadisələrdən biri də Heydər Əliyevin Azərbaycan Prezidenti seçildiyi gündür. Ulu öndərimiz Heydər Əliyev 3 oktyabr 1993 -cü il tarixində 98.84 faiz səslə Azərbaycan Prezidenti seçilmişdir. Heydər Əliyevin bu cür böyük üstünlüklə qələbə qazanmağı xalqımızın ulu öndərə olan dərin inamından irəli gəlir. 1969-1982 -ci illərdə birinci dəfə hakimiyyətdə olduğu müddətdə gördüyü işlər, 20 Yanvar hadisələrinin səhəri günü xalqımıza başsağlığı verməsi və xalqının yanında olduğunu bildirməsi dahi liderə olan etimadı daha da artmışdır.Heydər Əliyev əsl şəxsiyyət idi. Onun hər addımı xalqını ,vətənini sevdiyinin bariz nümunəsi idi.O ,gecə və gündüz yanlız xalqının gələcəyini düşünürdü. Heydər Əliyev sanki Azərbaycan Xalqı üçün göndərilmiş bir şəxsiyyət idi. Ən ağır ,ən çətin bir dövrdə hakimiyyətə gələn Heydər Əliyev artıq qan tökülməsinin qarşısını almaq üçün atəşkəs sazişi imzalamağa nail oldu ,ölkədə sabitliyi bərqərar etdi. Bu çətin vəziyyətdə xarici dövlətlər ölkəmizlə əlaqələr qurmaqda tərəddüd edirdi.Lakin Heydər Əliyevin şəxsi nüfuzu sayəsində dövləti tərəqqiyə ,inkişafa aparan bir çox sazişlər imzalandı. Heydər Əliyevin uzaqgörən siyasəti bu xalqı dirçəlişə apardı.
Ölkənin iqtisadiyyatı gücləndi,ordu quruculuğu istiqamətində ciddi tədbirlər həyata keçirildi. Heydər Əliyev daim çıxışlarında qeyd edirdi ki ,biz Qarabağa qayıdacağıq,istər sülh ,istərsə də hərb yolu ilə ,fərqi yoxdur. Dahi liderimiz sanki Azərbaycanın bugünkü gününü görürdü.Ulu Öndərimizin əsasını qoyduğu uğurlu islahatları bu gün onun layiqli davamçısı İlham Əliyev layiqincə davam etdirərək yüksək inkişafa doğru addımlar atmışdır. Bu gün Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuza malik qalib ölkə kimi tanınır. Heydər Əliyev Azərbaycan xalqının həyatına qaranlıqdan sonra doğan günəş kimi daxil olmuşdur və xalqımızın qəlbində əbədiyaşar bir lider kimi qalacaqdır!
Zərdab rayon Çallı kənd tam orta məktəbin müəllimi- Vahidli Aydan