22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ölkənin beynəlxalq nüfuzunu artıran xarici siyasət kursu

Ölkənin beynəlxalq nüfuzunu artıran xarici siyasət kursu

Ölkənin beynəlxalq nüfuzunu artıran xarici siyasət kursu

Ölkəmizin tarixin siyasət səhnəsində yüksəlişi və söz – nüfuz sahibinə çevrilməsi, dünyada ləyaqətli və etibarlı dövlət kimi tanınması bilavasitə lider fenomeni və xalq-lider birliyi ilə əlaqədardır. Azərbaycan dövləti müstəqilliyin ilk illərində məhz xalqın böyük inam və etimad bəslədiyi Lider – müdrik və dünya şöhrətli siyasətçi Ulu Öndər Heydər Əliyev sayəsində böhrandan xilas olmuş, inkişaf yoluna çıxmışdır. Xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev respublikamızı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarmaqla, müasir müstəqil Azərbaycan dövlətini qurub yaratmaqla tarix yazmışdır. Ölkə daxilində sabitliyin təmin olunması, inkişafın təməlinin qoyulması ilə yanaşı, uğurlu xarici siyasət kursu da müəyyən edilmişdir. Ümummilli lider Heydər Əliyev mürəkkəb qlobal və regional vəziyyətin mövcudluğu, ölkə daxilində destruktiv qüvvələrin fəallaşdığı bir şəraitdə elmi olaraq əsaslandırılmış xarici siyasət kursu müəyyənləşdirə bildi. Bu, Azərbaycan dövlətçiliyi üçün tarixi töhfə idi.

Ulu Öndər ölkənin xarici siyasətinin bütün əsas istiqamətlərini müəyyənləşdirdi. Həmin istiqamətlər üzrə siyasi-diplomatik fəaliyyətin məzmunu və məqsədini dəqiqləşdirdi. Onun konkret tövsiyyələri və tapşırıqları əsasında xarici siyasətdə bir-birinin ardınca uğurlar əldə edildi. Bu gün Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu layiqincə və dinamik şəkildə davam etdirən Prezident cənab İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf edib. Nəticədə, Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb. Hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeləri xeyli möhkəmlənmiş, əlaqələri genişlənmişdir. Dövlət başçımızın dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarıb. Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət ölkəmizin daha da qüdrətlənməsinə xidmət edir, həm regional, həm də beynəlxalq müstəvidə mövqeyimizin möhkəmlənməsini daha da sürətləndirərək ölkəmizin uğurlu inkişafına öz töhfələrini verir.

 

Ələkbər Kərimov –Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın