14.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub

Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub

44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımıza insanların qayıtması üçün bütün imkanlar səfərbər olunub. Hazırda ölkəmizin qarşısında duran ən vacib məsələ 30 ilə yaxın Vətən həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə öz ata-baba yurdlarına geri qayıtmasını təmin etməkdir. İşğaldan azad edilmiş ərazilərin yenidən həyata qaytarılması ilə bağlı genişmiqyaslı quruculuq işləri aparılır. Bu istiqamətdə çox böyük əhəmiyyətli işlər görülür və işğaldan azad olunan ərazilərimiz yenidən dirçəlir. Biz artıq ərazi bütövlüyümüzün bərpa olunması ilə böyük quruculuq mərhələsinə qədəm qoymuşuq. Qarabağın bərpası, dirçəldilməsi istiqamətində cənab Prezident İlham Əliyevin tapşırıq, göstəriş və tövsiyələri ilə bərpa-quruculuq işləri aparılmaqdadır. Dövlətimiz tərəfindən məcburi köçkünlər­in doğma yurd-yuvala­rına ən qısa zamanda geri qayıtması üçün bütün imkanlar səfərbər edilib. Həmin ərazil­ərdə yeni yaşayış mə­ntəqələrinin salınma­sı, infrastrukturun bərpası, yolların çə­kilişi, məktəb, xəst­əxana tikintisi sürə­tlə davam edir. Sürətli quruculuq işləri deməyə əsas verir ki, bütün Qarabağ qısa müddət ərzində dünyanın, təbii gözəlliyi ilə yanaşı, böyük turizm potensialına malik regionuna çevriləcək. Qarabağda aparılan yenidənqurma, bərpa-quruculuq işləri beynəlxalq aləmin də diqqət mərkəzindədir. Azərbaycan öz ərazilərini işğaldan azad etdiyi kimi həmin əraziləri yenidən quraraq dünyanın ən gözəl guşələrindən birinə çevirməyi də qarşısına məqsəd qoyub və bu məqsəd istiqamətində inamla irəliləyir. Cənab Prezident İlham Əliyevin, mütəmadi olaraq, işğaldan azad olunan ərazilərə səfər etməsi və səfərləri çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirakı regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Aparılan geniş quruculuq və abadlıq işləri ölkəmizin hərtərəfli tərəqqisinə, dünyada lider səviyyəyə yüksəlməsinə səbəb olub. İşğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması prioritet olmaqla yanaşı, ölkəmizdə bütün sahələrin inkişaf etdirilməsi dövlətimizin diqqəti mərkəzindədir. Qarşıda duran istər iqtisadi-sosial sahədə, istərsə də digər istiqamətlərdə bütün vəzifələr öz həllini tapır. Cənab Prezident İlham Əliyevin çevik və eyni zamanda, yaxın və uzaq gələcəyə hədəflənmiş iqtisadi strategiyası sayəsində ölkəmiz yeni uğurlara imza atmaqdadır.

 

    Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın