22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Effektiv əməkdaşlıq amili

Effektiv əməkdaşlıq amili

Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox sıx tellərlə bağlıdır. Bu iki xalq arasında münasibətlər tarixi dövrü əhatə edir. Müstəqil siyasət yürüdən Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. İki dövlət arasında sıx əlaqələrin yaradılması Ulu Öndər Heydər Əliyevin səyləri ilə baş tutub. Ulu Öndərin davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyev bu münasibətlərin daha da dərinləşməsinə töhfələr verir. Qarşılıqlı səfərlər, imzalanan sənədlər bu münasibətlərin daha da dərinləşməsinə səbəb olub.

Azərbaycanın nailiyyətləri müasir Azərbaycanın memarı, görkəmli ictimai-siyasi xadim, Ümummilli Lider, Qırğızıstan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsində böyük rolu olmuş Heydər Əliyev kursunun davam etdirilməsi nəticəsində ölkə rəhbərliyi tərəfindən dövlətin inkişafı naminə düzgün seçilmiş strategiyanın əyani sübutudur. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin varislik prinsipləri əsasında həyata keçirdiyi səmərəli siyasət Qırğızıstan və Azərbaycan arasında münasibətlərin gözəl gələcəyinə inam hissi oyadır.

 

 

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın