Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbində yerləşir və faydalı qazıntı ehtiyatlara malikdir
Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbində yerləşir. Səthi əsasən dağlıqdır. Rayonun ərazisi Qarabağ silsiləsinin cənub-qərb, Bərgüşad silsiləsinin şərq və Qarabağ yaylasının cənub-şərq hissəsinə daxildir. Qarabağ yaylasının cənub –şərq qurtaracağı olan Yazı düzü ərazidə 450 metrədək alçalır. Bu ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Dağlıq və dağətəyi, meşələrlə əhatə olunmuş ərazilərdə də kəndlər vardır. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır. Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları axır. Bu çayların suyundan əsasən suvarma məqsədləri ilə istifadə olunurdu.
Faydalı qazıntı ehtiyatları Qubadlı rayonunda Hacılı kəndində mişar daşı yatağı var. Həmin daşdan tikinti, abadlıq işlərində geniş istifadəyə yararlıdır. İşğaldan əvvəl Yataqda 6118 min kubmetr daş ehtiyatı qalırdı. Bundan əlavə rayonda müxtəlif növ ehtiyatlar vardır. Belə ki, Əliquluuşağı kəndinin 500 metr cənub şərqində mərmərləşmiş əhəng daşı yatağı varki, bu da faydalı üzlük daşdır. Bu kəndin cənubunda, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Qundanlı kəndi yaxınlığında Laləzar mərmərləşmiş əhəng daşı yatağı, Muradxanlı kəndi yaxınlığında mərmərləşmiş əhəng daşı yatağı, Xanlıq kəndində qum-gil yatağı və digər təbii sərvətlər vardır. Həmin bu sərvətlərdən Qubadlı rayonu və digər işğaldan azad olunmuş torpaqlarmızın pərpasında istifadə edəcəyik.
Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal