21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

İlham Əliyev Zirvə toplantısında Fransa ilə Ermənistanın işğalçılıq siyasətlərinin eyni mənbədən qaynaqlandığını faktlarla sübut etdi

İlham Əliyev Zirvə toplantısında  Fransa ilə Ermənistanın işğalçılıq siyasətlərinin eyni mənbədən qaynaqlandığını faktlarla sübut etdi

Prezident İlham Əliyev Zirvə toplantısında  Fransa ilə Ermənistanın işğalçılıq siyasətlərinin eyni mənbədən qaynaqlandığını faktlarla sübut etdi

Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasına səfəri ölkəmizlə bu təşkilat arasındakı münasibətlərin yeni istiqamətlər üzrə inkişafına böyük töhfələr verəcək. Sammit Əlcəzairin Milli Azadlıq Gününə  təsadüf etdi.  Prezident İlham Əliyev Zirvə toplantısındakı çıxışında diqqəti 30 illik işğal dövründə dünyanın ikili standartlara əsaslanan siyasətinə yönəldərək bildirdi ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Amma Azərbaycana gəldikdə bu qətnamələr otuz il ərzində kağız üzərində qaldı. Bu, ikili standartdır, bu, yolverilməzdir.  Buna görə də ədalətsizlikdən və işğaldan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan münaqişələrə dair yanaşmaların birləşdirilməsi işinə töhfə vermək üçün aktiv şəkildə fəaliyyət göstərir. Bütün münaqişələrə eyni mövqedən yanaşmaq lazımdır. Münaqişələrə yanaşmalarda ikili standart olmamalıdır. İşğal işğal adlandırılmalıdır.

Prezident İlham Əliyev Zirvə toplantısında  Fransa ilə Ermənistanın işğalçılıq siyasətlərinin eyni mənbədən qaynaqlandığını faktlarla sübut etdi: “Fransanın Əlcəzairdə apardığı siyasətlə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycanın Qarabağ bölgəsində yürütdüyü siyasət arasında paralellər aparmaq olar. Rəsmi Parisin ermənipərəst siyasətinin kökündə həm də bu yanaşma dayanır. Ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin 11 milyondan çox vətəndaşına vaxtilə muxtariyyət belə verməkdən imtina etmiş Fransa indi Qarabağda yaşayan 15-20 min erməniyə müstəqillik tələb edir.  Fransa ordusu öz azadlığını tələb edən əlcəzairlilərə qarşı kütləvi qətliamlar, çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər törədib. Eyni cinayətlər Qarabağda yaşayan və erməni işğalına qarşı çıxan azərbaycanlılara qarşı da həyata keçirilib. 1832-ci ildə Əlcəzairin Fransa tərəfindən işğal edilməsinə qarşı çıxan El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilib. Bu hadisənin bənzərini biz 1992-ci ildə Xocalıda müşahidə etdik. Bu gün Fransa tərəfindən dəstəklənən Ermənistan o vaxt Xocalının dinc əhalisinə qarşı özü də gecə vaxtı soyqırımı törətdi. Bundan əlavə, həm Fransa, həm də Ermənistan müharibə zamanı Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə  pozaraq qadağan olunmuş silahlardan istifadə ediblər. Bu kimi faktları xeyli sayda sadalamaq olar. Bu mühüm məqamı da qeyd edək ki, Əlcəzairin işğalı zamanı fransızlar bu ölkənin ərazisində  5 milyondan çox mina basdırmışdı. Bu, bizə torpaqlarımızın  işğalı zamanı Ermənistan tərəfindən bir milyondan çox minanın basdırılmasını xatırlatdı. 2020-ci ilin noyabr ayında müharibə bitdikdən sonra minalar səbəbindən 260-dan çox azərbaycanlı həlak olmuş, yaxud ciddi yaralanmışdır.

 

Abdulbağı Fazilli – Zərdab rayonu, Təzəkənd sakini, fəal gənc

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın