21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etmişdir

Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etmişdir

Ali Baş Komandan cənab İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmağa məcbur oldu. Qısa müddətdə Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Bəyanatda Qarabağa heç bir status verilmədi. Azərbaycan-İran dövlət sərhədi bərpa edildi. Dövlət Sərhəd Xidmətinin hərbçiləri Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir. Müharibə günlərində qardaş Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Həm də Ermənistanın havadarlarına bir mesaj oldu. Türkiyədən dəstək və həmrəylik nümayişi Azərbaycan xalqını Qələbəyə ruhlandırdı. Təcavüzkar ölkə və onun hamiləri bir daha gördülər ki, Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın yanındadır və onun maraqlarını sonadək müdafiə edəcək. İki qardaş ölkə arasında ictimai-siyasi müstəvidə də əməkdaşlıq uğurla inkişaf etməkdədir.  Qardaş ölkə Vətən müharibəsində olduğu kimi, bu gün də Azərbaycanın yanındadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti  Rəcəb Tayyib Ərdoganın iştirakı ilə 2021-ci ilin oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının və 2022-ci il 20 oktyabr tarixində Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Zəngilanın Ağalı kəndində mətbuata birgə bəyanatlarla çıxışları zamanı dövlətimizin başçısı bir daha bəyan etdi ki, iki qardaş ölkənin birliyi və dostluğu  sarsılmazdır və bundan sonra belə də olacaq. Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. Qələbənin qazanılmasında bütün Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaq.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın