22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Konstitusiya quruluşunun tarixində önəmli fakt

Konstitusiya quruluşunun tarixində önəmli fakt

Konstitusiya quruluşunun tarixində önəmli fakt.

1918- 1920- ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanunu qəbul edə bilməmişdir.Bu səbəbdən Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ – nin tarixində olduğu dövrə təsadüf olunur.
Azərbaycanın ilk Konstitusiyası 1921- ci il mayın 19- da l Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.SSRİ – nin yaradılması ilə əlaqədar 1925- ci il martın 14- də lV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub.1927- ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSRİ- nin növbəti Konstitusiyası təsdiq edilib.1936- cı ildə SSRİ- nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937- ci il martın 14- də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSRİ – in yeni Konstitusiyası qüvvəyə minib.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanmasıdır.Ulu Öndər Heydər Əliyev demişdir: ” Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki,o Müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun.Hakimiyyət bölgüsü ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti bunlar hamısı xalqın iradəsinə söykənməli,seçkilər yolu ilə təmin olunmalıd”;
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır.1995- ci il noyabrın 12- də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyasının qəbul edilməsinin lehinə səs vermişdir.Dövlətin Əsas Qanunu 1995- ci il noyabrın 27- də qüvvəyə minmişdir.

Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktor əvəzi- Kəmalə Məmişova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın