Azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur
Azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur
Dünya hərb tarixində ilkə imza atan Azərbaycanın müharibə bitən kimi bu ərazilərdə bərpa-quruculuq işlərinə start verməsi həm Azərbaycan xalqının qurucu xalq olduğunu təsdiqlədi, həm də ölkəmizin iqtisadi imkanlarını təqdim edir. Azərbaycan bütün bu işləri sıfırdan öz daxili imkanları hesabına həyata keçirir. Günümüzün qürurverici hadisələrindən biri budur ki, bu gün nəinki paytaxt Bakımız, eyni zamanda, işğaldan azad edilmiş ərazilərimiz iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi diqqətdədir. Bu ərazilərimiz beynəlxalq əhəmiyyətli idman tədbirlərinə ev sahibliyi edir.
Dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunan mərasimdə bir daha tarixi sahibinə qovuşmuş torpaqlarımızda görülən işlərdən, həyata keçirilən sosial layihələrdən geniş bəhs etdi. “Azad edilmiş bütün digər şəhərlərdə idman obyektlərinin yaradılması planlarımızdadır. Əlbəttə, biz, ilk növbədə, keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarmalıyıq və bu istiqamətdə işlər gedir. İlk növbədə, məktəblər, xəstəxanalar, infrastruktur yaradılmalıdır. Ancaq idman obyektləri də əlbəttə ki, yaddan çıxmır və çıxmayacaq.” Dövlət başçısı bu məqamlara da diqqəti yönltdi ki, azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq. İdman obyektlərinin yaradılması da nəzərdə tutulur. Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq. Bununla bərabər, keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu: “Biz Qarabağ Atçılıq Kompleksini işğal dövründə Ağcabədi rayonunda yaratmışdıq, yenə də Qarabağ torpağında yaratmışdıq. Ancaq qərar qəbul olundu ki, bunun əzəli yerində – Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılsın.
Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc