Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşan əməkdaşlıq əlaqələri xüsusilə diqqət çəkir
Qlobal miqyasda ən mehriban mühitlərdən biri Azərbaycanla Gürcüstan arasında, Azərbaycanla Türkiyə arasında, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələrdir
Azərbaycan müstəqillik tarixində Ermənistan istisna olmaqla, bütün region dövlətləri ilə sıx iqtisadi partnyorluq münasibətləri qurub. İkitərəfli və çoxtərəfli platformalarda inkişaf edən bu münasibətlər qarşılıqlı maraqlara əsaslanır və bütün tərəflərə fayda gətirir. Bu baxımdan Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşan əməkdaşlıq əlaqələri xüsusilə diqqət çəkir. Bu gün bir çox sahələrdə qarşılıqlı əməkdaşlığımız var. Hər üç ölkə üçtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli və üçtərəfli birgə regional layihələrin, təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm işlər həyata keçirirlər. Hər sahədə bir-birinə hörmətlə yanaşan, ərazi bütövlüyünü, suverenliyini tanıyan, bir-birini tamamlayan ticari, iqtisadi, mədəniyyət, sosial sahələrdə tərəfdaşlıq qura bilən strateji ortaq münasibətlər mövcuddur. Hər üç ölkə regionda sabitliyi və sülhü qoruyub saxlamaqla bağlı atılacaq addımlar məsələsində həmfikirdir. Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli iş birliyi mexanizmləri hər üç ölkənin bir-biri ilə olan əlaqələrini möhkəmləndirməkdədir. Azərbaycan, Gürcüstan və Türkiyə arasında münasibətlərdən bəhs edərkən, ilk növbədə, siyasi dialoqun yüksək səviyyəsinə diqqət çəkmək lazımdır. Qonşu dövlətlər müxtəlif beynəlxalq platformalarda əksər hallarda bir-birlərinin maraqlarını müdafiə edirlər. Üçtərəfli iqtisadi əlaqələr də siyasi dialoqun yüksək səviyyəsində qurulub. Xəzər və Qara dəniz hövzələrini əhatə edən geniş coğrafiyada Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadi üçbucağı formalaşmışdır.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova