Azərbaycanın Buxarestdəki əsas tədbiri yaşıl enerji ilə bağlı idi
Azərbaycanın Buxarestdəki əsas tədbiri yaşıl enerji ilə bağlı idi
Keçirilən beynəxalq tədbirlərdə və görüşlərdə Cənab Prezidentimizin vurğuladığı kimi, biz artıq enerji təhlükəsizliyimizi bir neçə il bundan qabaq təmin etmişik. Hazırda bərpa olunan enerji sahəsində imzalanan müqavilələr ölkəmiz üçün yeni istiqamətləri müəyyən edir. Belə ki, Azərbaycanda bərpa olunan enerji layihələri və “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi və eyni zamanda “Quruda sənaye miqyaslı 1QVt gücündə günəş və 1QVt gücündə külək enerjisi layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi” və “Dənizdə 2 QVt gücündə inteqrasiya edilmiş külək və “yaşıl hidrogen” layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi” ümumilikdə 22 min MVt BOEM potensialı üzrə layihələri özündə əks etdirir. Təbii ki, bu potensialdan istifadə birbaşa olaraq Azərbaycanın növbəti illərdə yaşıl enerji ixracatçısı kimi tanınmasına səbəb olacaqdır. Cənab Prezidentimizin də vurğuladığı kimi, istehsal olunacaq yaşıl enerjinin ixracı üçün bir neçə istiqamətdən ötürücü xətlərimizin imkanları genişləndirilməlidir.
Məlum olduğu kimi, ötən il Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Bu da yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan mühüm addımlardan biridir. Azərbaycan enerji təhlükəsizliyi baxımdan Avropa İttifaqının strateji tərəfdaşıdır. Xüsusilə, neft və qaz sahəsində çox mühüm əməkdaşlıq əlaqələrimiz mövcud idi. Bundan sonra isə artıq Azərbaycan Avropanın enerji ixracının növbəti mərhələsi olaraq “yaşıl enerji”nin ixracını planlaşdırır. Təbii ki, bu istiqamətdə bizim kifayət qədər böyük həcmli bərpa olunan enerji potensialımız var. Bu imkanlardan istifadə etməklə həm təbii qaz resurslarımıza qənaət edə bilərik, həm də ölkəyə əlavə gəlirlər gətirmiş olarıq. Azərbaycanın Avropanın əsas elektrik enerjisi, xüsusən də, “yaşıl enerji” təchizatçısına çevrilməsi planlaşdırılır.
Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc