22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Xəzər dənizində külək enerjisi potensialı 157 qiqavatdır

Xəzər dənizində külək enerjisi potensialı 157 qiqavatdır

Xəzər dənizində külək enerjisi potensialı 157 qiqavatdır

Cənab Prezident İlham Əliyev 3 fevral tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında qeyd etmişdir ki, “Enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır”.

Cənab Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsidir ki ölkəmiz bütün sahələr böyük inkişafa nail olmuşdur. Azərbaycanda enerji təhlükəsizliyizi hələ bir neçə il əvvəl təmin edilib. Bu gün Azərbaycan nəinki öz enerji təlabatını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir.

Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdarları ilə başa çatdırıb, Azərbaycandan Cənuba Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir.

Cənab Prezident  çıxışında, təbii qaz ixracımızın artdığını, 2021-ci ildə 19 milyard kubmetr idisə, bu il 24.5 milyard kubmetrə çatacağını vurğulamışdır.

Ölkəmizdə quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qeqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur.

Azərbaycanda zəngin neft və qaz yataqları vardır və bu yataqların istismarı və işlənilməsi uğurla gedir. Müasir infrastruktur vardır – həm nəqliyyat, həm kommunikasiya, həm də elektrik xətləri ixrac bazarları ilə bizi birləşdirir. Güclü siyasi iradə vardır. Dünyanın demək olar ki, əksər ölkələri ilə sıx tərəfdaşlıq əlaqələri vardır. Bütün bu amillərin vəhdəti ölkəmiz üçün çox gözəl bir imkanlar yaradır.

Kəmalə Məmişova – Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbinin direktoru

 

Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açıldı.

 Azərbaycan Respublikası müstəqilliyinin ikinci yarısından sonra iqtisadiyyatın müxtəlif sahələrində çox ciddi uğurlar əldə etmişdir. Ölkəmiz iqtisadi göstəricilər üzrə bir çox nüfuzlu dövlətləri qabaqlamışdır. Azərbaycan xarici investisiyalar üçün cəlbedici və çoxşaxəli enerji əməkdaşlığı üçün böyük imkanlara malik ölkə kimi dəyərləndirilib.

Azərbaycan və Avropa ölkələri arasında energetika sahəsində əməkdaşlıq imkanları daim genişləndirilir. Azərbaycan hər zaman bərpa olunan enerji mənbələrinin istifadəsində maraqlı olmuş, bu sahədə çox ciddi addımlar atmışdır. Digər tərəfdən Azərbaycan zəngin neft-qaz yataqlarının istismarında, bu sahədən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yatırılmasında maraqlıdır. Bu sahədə bir sıra ciddi tədbirlər görülmüşdür. Azərbaycan Respublikası öz enerji təhlükəsizliyini tam təmin etmişdir. İndi Azərbaycan Avropaya enerji resurslarının ixracını təmin edən əsas fiqurlardan biridir. TAP və TANAP layihəsi üzrə görülən işlər bu gün Avropanın mavi yanacaqla təmin etmişdir.

Cənab Prezident İlham Əliyevin cari ilin 3 fevral tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında qeyd etmşdir ki, “Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq”

Gələcəkdə mavi yanacaq nəqlinin artırılması nəzərdə tutulmuşdur. Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyanın Avropa enerji bazarından çıxması Azərbaycanın enerji bazarında funksiyasını daha da artırmışdır.

Son zamanlar atılan addımlar Türkmənistan və Qazaxıstan enerji resurslarının Azərbaycan vasitəsilə Avropa enerji bazarlarına çıxmasına səbəb olmuşdur. Azərbaycan tək Avropanın enerji təhlükəsizliyində deyil, həm də İsrail, Türkiyə kimi dövlətlərin enerji təminatında mühüm əhəmiyyətə malikdir.

Son illər Azərbaycanda GES və KES-lərin yaradılması enerji ixracının artırılmasına xidmət edir. Azərbaycanın müəllifi olduğu enerji layihələri dünyanın yeni enerji xəritəsinin yaranmasına səbəb olmuşdur. Azərbaycan bu sahədə ən funksiyalı subyekt kimi çıxış etməkdədir.

Eşqin Məmmədov – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi

 

Strateji tərəfdaş.

 Rumıniya Azərbaycanla strateji tərəfdaşlıq sənədi imzalayan ilk Avropa İttifaqı ölkəsidir. Bu fikri Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında söyləyib. Eyni zamanda bu strateji tərəfdaşlığın hər iki dövlət üçün faydalarından bəhs olunub. Bildirilib ki, Cənubi Qafqaz bölgəsi həm Rumıniya, həm Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. Bununla yanaşı, bizim ölkəmiz Avropa İttifaqının ilk üzvüdür ki, Azərbaycanla strateji tərəfdaşlıq haqqında belə bir sənəd imzalayıbdır.

Rumıniya ilə ölkəmiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir. Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir.

Rumıniya enerji təhlükəsizliyi məsələsinə böyük diqqət yetirir. Rumıniya ilə gələcək ümumi addımlar əlaqələndirmə nəticəsində atılacaqdır.

Tükəz Lətifli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi

 

SOCAR və BP bir-birilə strateji əlaqələr qurmuş iki aparıcı şirkətdir.

Ölkəmizin BP şirkəti ilə qarşılıqlı inama əsaslanan əməkdaşlığının zəngin tarixi və parlaq gələcəyi var. Uzun illər Azərbaycanla əməkdaşlıq edən BP şirkətinin bu tərəfdaşlığa daim sadiq qalması və uğurlu nəticələr qazanması optimal strateji yanaşma və səmərəli birgə fəaliyyətin göstəricisidir. BP şirkətinin Azərbaycan və SOCAR ilə münasibətləri çox sıx, səmimi və səmərəlidir, qarşılıqlı səylərlə yaranmış əməkdaşlıq modeli ən yüksək səviyyədə inkişaf edir. BP şirkətinin rəhbərliyi biznes əlaqələrinin davam etdirilməsində, hasilatın stabil saxlanılmasında və artırılmasında, eləcə də yeni yataqların kəşfi istiqamətində səylərin bundan sonra da davam etdirilməsi əzmində olduqlarını, bunun üçün həm iradə, həm də geniş resursların mövcud olduğunu bildirib.

BP və tərəfdaşları Azərbaycanda ilk hasilatın pay bölgüsü sazişini SOCAR-la 1994-cü ildə “Azəri”, “Çıraq” “Günəşli” (AÇG) yataqlarının dərinlikdə yerləşən hissəsinin işlənməsi üçün imzalayıblar. Saziş üzrə hasilat 1997-ci ildə başlayıb və həmin vaxtdan etibarən bu yataqlardan, ümumilikdə, 4 milyard bareldən artıq neft hasil edilib. SOCAR və BP “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi, habelə Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizinə daxil olan boru kəmərləri layihələrində uğurla tərəfdaşlıq edirlər.

BP şirkəti, həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji ilə bağlı ölkəmizin bəyan etdiyi kimi, “yaşıl enerji” ərazisinə transformasiya etmək işinə xidmət edir. Bu işlər böyük potensiala malikdir. Çünki Azərbaycan qonşu ölkələrlə şaxələndirilmiş enerji bağlantılarına malikdir və ölkəmizdə tələbatdan artıq enerji istehsal olunur.

Qabil Məmmədov – Zərdab rayonu Yuxarı Seyidlər kənd tam orta məktəbinin direktoru

 

Strateji tərəfdaş

 Bildiyimiz kimi,Azərbaycanı müstəqil dövlət kimi tanıyanlardan biri də Rumıniya olmuşdur. Azərbaycanda səfərdə olmuş Rumıniya prezidenti Yohannis və onun komandası yüksək səviyyədə qarşılanmış və bir sıra görüşlər keçirilmiş, sənədlər imzalanmışdır. Fevralın 3-də Bakıda Gülüstan sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin birinci iclarının açılışı olmuş və həmin iclasda Azərbaycan Prezidenti cənab İlham Əliyev həmin iclasda çıxış edərək, Rumıniya dövləti ilə əməkdaşlığı gələcəkdə atılacaq mühüm addımlarda strateji tərəfdaş kimi əlaqələndirmə rolu olacağını qeyd etmişdir.

Bu çıxışa istinadən bilirik ki, Cənub Qaz Dəhlizi 2 ildən artıqdır ki, açılıb artıq bu gün TANAP-ın 16 milyard kub 30 milyard kub metrədək genişlənməsi müşahidə olunur. Bu da, alternativ enerji mənbəyinə böyük ehtiyacın olduğunu bildirir.

Hələ ötən ilin iyulunda Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula fon der Lyayen və prezidentimiz arasında bağlanmış enerji sahəsində strateji Tərəfdaşlıq haqqında Memoranduma əsasən, 2027-ci ilədək Avropaya qaz ixracı 2 dəfə artırılması planının mümkünlüyü qeyd edilmişdi. Bu, Azərbaycanın həyata keçirə biləcəyi qarşılıqlı siyasi iradə və etimaddır.

Dekabr ayında imzalanan sazişə əsasən Azərbaycan – Rumıniya qaz təchizatı bu yaxınlarda həyata keçəcək və Rumıniya da həmin Cənub Qaz Dəhlizində iştirak edən ölkələr heyətinə qoşulacaq  və bir növ əməkdaşlıq imkanı yaradacaq enerji təhlükəsizliyində yeni səhifə açılacaq.

Azərbaycan Prezidenti öz çıxışında xüsusilə Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya və yenicə əməkdaşlığa başlamış tərəfdaşlarımız olan Rumıniya, Moldova, Macarıstanla olan əməkdaşlığa yüksək dəyər vermiş və minnətdarlığını bildirmişdir.

Biz də Azərbaycan vətəndaşı olaraq, ölkəmizin, eləcə də, ölkəmizlə strateji əməkdaşlıq edən hər bir ölkənin işlərinə uğurlar arzulayırıq!

Səliqə İsmayılova – Zərdab şəhər 1 saylı məktəb-liseyin direktor müavini

 

Enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir.

Fevralın 3-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev açılışda iştirak edib. Prezident ilk öncə Rumıniya Prezidentini salamlayaraq Azərbaycana rəsmi səfərə gəldiyi və bugünkü mühüm tədbirdə iştirakına görə təşəkkürümü bildirmişdir. İlham Əliyev çıxışında qeyd etmişdir ki,bu cür səfərlər bir daha onu göstərir ki, Rumıniya enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirir və gələcək ümumi addımlar strateji tərəfdaş olan ölkələr arasında əlaqələndirmə nəticəsində atılacaqdır.

Məşvərət şurasında bir sıra məsələlər müzakirə olunub. Bu məsələlərdən biri də enerji təhlükəsizliyi sahəsində ümumi öhdəliyin nümayiş etdirilməsi ilə bağlı idi. Cənab Prezident İlham Əliyev bu məsələ ilə bağlı çıxışında qeyd edərək bildirmişdir ki, Əvvəlcə mən mühüm bir sənədi qeyd etmək istərdim. O sənəd ötən ilin iyulunda Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayen və mənim tərəfimdən imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Memorandumdur və o, əslində, gələcək planlar üçün aydın yol xəritəsidir.

Eyni zamanda bəyanatda o da vurğulanıb ki, Avropaya qaz ixracının 2027-ci ilə qədər iki dəfə artırılmağı planlaşdırılır və bunun üçün resursların da olduğu bildirilir. İlham Əliyev çıxışı zamanı demişdir: “Bizim qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımız mövcuddur. Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsinin mühüm amillərindən biri, təbii ki, həll olunmalı texniki və bəzən, siyasi məsələlərdən başqa, yüksək səviyyədə qarşılıqlı etimaddır və mən bunu qarşılıqlı həmrəylik adlandırardım. Məhz bu halda, əgər kiminsə nəyə isə ehtiyacı olanda biz dərhal dəstək verməyə çalışırıq. Hesab edirəm ki, bu, gələcək işlərdə bizi istiqamətləndirəcək tərəfdaşlığın yaxşı ruhudur.

İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın