22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Regionun ən güclü siyasi partiyası

Regionun ən güclü siyasi partiyası

Regionun ən güclü siyasi partiyası.

Ulu Öndər Heydər Əliyev irsinin ən layiqli davamçısı, Heydər Əliyev məktəbinin və siyasi kursunun varisi cənab İlham Əliyev xalqın etimadını və rəğbətini qazanmış prezidentdir. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. Vətəndaşlarımızı milli birliyə dəvət edən Prezident xalqın dəmir yumuruq kimi birləşməsinin əsas səbəbkarıdır. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız Zəfər tarixinin ideoloji əsasıdır.

Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda baş verən məlum hadisələrin – hakimiyyət uğrunda gedən çəkişmələrin, özbaşınalıqların, Ermənistanın torpaqlarımıza hərbi təcavüzünün cərəyan etdiyi bir vaxtda 91 vətənpərvər insanın tarixi missiyanı öz üzərinə götürərək Heydər Əliyevə müraciət göndərməsi, Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizdə gedən xoşagəlməz proseslərin qarşısının alınmasında əvəzsiz rol oynadı. 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu.Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirdi. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda, əslində, siyasi sistemin yaradılması demək idi. Yeni Azərbaycan Partiyası uzun illərdir öz prinsiplərini qoruyur. Yeni Azərbaycan Partiyası öz potensialı, real addımları və bacarıqlı kadrları ilə xalqa xidmət edir. Xüsusilə vurğulamalıyıq ki, Yeni Azərbaycan Partiyası siyasi sistemin lokomotivi və güc mərkəzidir. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır. Partiyamızın çoxminli üzvləri  Heydər Əliyev ideyalarına sadiq qalaraq bu ideyaların təbliğində, partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin siyasətinin təşviqində aktiv mövqeyə malikdirlər. Bütövlükdə, Azərbaycan cəmiyyətinin intellektual potensialı YAP-ın sıralarında cəmləşib, gənclərimiz və qadınlar partiyanın həyatında fəal iştirak edirlər. Yeni Azərbaycan Partiyası bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır. Məhz bunun nəticəsidir ki, YAP bütövlükdə Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsinə çevrilib

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktor əvəzi-Rəşad İsmayılov

 

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın