22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Nüfuzlu beynəlxalq platforma

Nüfuzlu beynəlxalq platforma

Nüfuzlu beynəlxalq platforma

Cənab Prezident İlham Əliyevin cari ilin 9 mart tarixində “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda çıxışında qeyd etdiyi kimi Qlobal Bakı Forumu aparıcı beynəlxalq forumlardan birinə çevrilib.  Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. 60 ölkədən 350 nəfər iştirakçı və sıralarında 50-dən artıq hazırkı və sabiq prezident və baş nazirin iştirak etdiyi və müzakirələrin səviyyəsi kifayət qədər yüksək olan Forumun Azərbaycanda keçirilməsi bir daha Azərbaycanın beynəlxalq aləmdə tutduğu yüksək mövqeyin bariz nümunəsidir. Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir. Nizami Gəncəvi Azərbaycanın qədim şəhərlərindən olan özünün doğma Gəncə şəhərində dünyaya göz açıb, yaşayıb, orada vəfat edib və dəfn olunub. Nizaminin poeziyası Şərq incəsənətinin inkişafında əvəzedilməz rol oynayıb. Avropanın Nizami Gəncəvi irsinə marağı XVII əsərin sonlarından yarandı: əsərləri ingilis, alman, fransız, italyan, ispan, yapon və digər dünya dillərinə tərcümə edilmiş, həyatı və yaradıcılığı araşdırılmışdır. Nizaminin irsi Azərbaycan xalqı tərəfindən hər zaman sevilib. Bakıda Ədəbiyyat İnstitutu, Ədəbiyyat Muzeyi, metro stansiyası və paytaxtın baş küçələrindən biri Azərbaycanın böyük oğlunun adını daşıyır. Paytaxtın mərkəzində Nizami Gəncəvinin heykəli ucalır. Şairin məqbərəsi öz doğma şəhəri olan Gəncədədir. Üzəri şairin poemasından olan misralarla bəzədilən bu məqbərəni dünyanın hər yerindən minlərlə turist ziyarət etməkdədir. Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmışdır. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir.Cənab Prezident İlham Əliyevin 2021-ci ili Azərbaycanda Nizami Gəncəvi ili elan etməsi Azərbaycanın klassik ədəbi-mədəni irsinə diqqət qayğının bariz nümunəsidir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin Rəis müavini –  Əvəz Soltanov   

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın