21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Son 10 il ərzində ölkədə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl genişmiqyaslı dövlət proqramları həyata keçirilmişdir

Son 10 il ərzində ölkədə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl genişmiqyaslı dövlət proqramları həyata keçirilmişdir

Son 10 il ərzində ölkədə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl genişmiqyaslı dövlət proqramları həyata keçirilmişdir.

Hər bir ölkənin inkişafında iqtisadi tərəqqi əsasdır. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlandıqda bu ölkədə vətəndaş məmnunluğunun artırılmasına yol açır ki, bu da öz növbəsində xalq-iqtidar birliyini daha da möhkəmləndirir, sarsılmaz edir.

Dövlət başçısı hələ 2003-cü ildə keçirilən andiçmə mərasimində  sosial-iqtisadi göstəricilərin yalnız rəqəmlərdə deyil, insanların gündəlik  həyatında öz əksini tapmasının vacibliyini bildirmişdir. Eyni zamanda, vuğulamışdır ki, pensiyalar, əmək haqqları ildə  ən azı iki dəfə artırılmalıdır. Bu, təbii ki, iqtisadi tərəqqi ilə uzlaşmalıdır.  Prezident İlham Əliyevin bu vədi də reallıqda öz əksini tapıb. Belə ki, son 10 ildə məşğul əhalinin sayı 14,0%, muzdla işləyənlərin sayı 22,9% artmış, işsizlik səviyyəsi isə pandemiya ilə əlaqədar dalğalanmalara məruz qalmasına baxmayaraq, 2021-ci ildə ölkə üzrə 6,0% təşkil etmişdir. Minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını stimullaşdırır.

İqtisadiyyatın  aynası, davamlı inkişafın barometri kimi dəyərləndirilən  dövlət  büdcənin real göstəriciləri və artım səviyyəsi də hər bir  dövlətdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumilikdə hökumətin fəaliyyətinin səmərəliliyini,  faydalı iş əmsalını dəyərləndirməyə imkan verir:  Cənab Prezident İlham Əliyev daim bu məqsədi qarşıya qoyur ki, qarşıdakı ilin dövlət büdcəsi arxada qalan ilin dövlət büdcəsindən kəmiyyət və keyfiyyət baxımından üstün olmalıdır. Digər illərdə olduğu kimi, cari ildə də  ölkəmizin  davamlı iqtisadi inkişafı, idarəetmə sistemində təkmilləşmə, enerji layihələrinin  icrasının sürətləndirilməsi  və sair kimi mühüm amillər  dövlət büdcəsində yer alan makroiqtisadi göstəricilərə öz müsbət təsirini göstərir.

 

Ulduz Qədirli – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin müəllimi

 

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın