21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Dövlət başçısının Talış kəndində xalqa müraciəti ciddi mesajlarla yadda qaldı

Dövlət başçısının Talış kəndində xalqa müraciəti ciddi mesajlarla yadda qaldı

Dövlət başçısının Talış kəndində xalqa müraciəti ciddi mesajlarla yadda qaldı

Zəfər savaşında əldə olunan şanlı qələbə ərazi bütövlüyümüzü bərpa etməklə yanaşı, Azərbaycanı qüdrətli dövlət kimi bütün dünyaya tanıtdı. Bu gün ölkəmiz regionun lideri kimi inkişafın və sabitliyin təminatçısı statusundadır. İşğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq və quruculuq işləri nəticəsində ölkəmiz xarabalığa çevrilmiş bölgədə müasir tələblərə cavab verən yaşayış məntəqələrinin qurulması ilə mövcud problemlərin sürətlə həll edilməsinə nail olur. Daha doğrusu, işğal dövründə düşmən tərəfindən vandalcasına dağıdılan yaşayış məntəqələrinin bərpasını qüdrətli Azərbaycan heç bir ölkədən, beynəlxalq təşkilatlardan yardım almadan öz hesabına həyata keçirir.

Torpaqların işğaldan azad olunması kimi, həmin bölgənin abadlaşdırılması da Prezident İlham Əliyevin birbaşa nəzarətindədir. Cənab Prezidentin düşmən tapdağından xilas olunmuş ərazilərə mütəmadi səfərləri hər dəfə böyük ictimai hadisəyə çevrilir. Çünki ölkə başçısının hər səfəri yeni abadlıq – quruculuq işlərinin daha geniş və intensivləşməsinə meydan açmaqla yanaşı, qalib ölkənin qalib liderini azad olunmuş Vətən torpağında görmək, dövlət maraqlarımıza uyğun qlobal əhəmiyyətli bəyanatlarını dinləmək bütöv bir xalq üçün qürurvericidir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Tərtər rayonuna səfəri, eləcə də ölkə başçısının Talış kəndində Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciəti ciddi mesajlarla yadda qaldı.

Uzun müddət doğma torpaqlarımızı işğal altında saxlayan Ermənistan etnik təmizləmə siyasəti apararaq kütləvi qətllər törədib. Bir milyondan çox azərbaycanlı öz tarixi torpaqlarından didərgin salındı.

Dövlət başçısı qeyd etdi ki, bir azərbaycanlı olaraq bunu heç vaxt unutmamalıyıq.

Regionda sülhün bərqərar olması, münaqişənin danışıqlar yolu ilə həllini ölkəmiz otuz il gözlədi. Bu uzun vaxt ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlar haqq səsimizə reaksiya vermədilər. Prezident təəssüflə qeyd etdi ki, Qarabağ münaqişəsi ilə məşğul olmuş vasitəçilərin ikili yanaşmaları məsələnin həllinə yox, dondurulmasına yönəlmişdi.

Əlbəttə, bütün danışıqlar masasında Prezident İlham Əliyevin qətiyyəti aydın idi: “Azərbaycan bu işğalla heç vaxt barışmayacaq! ” Bütün vədlərinə sadiq qalan dövlət başçısı bunu da bacardı və ölkəmizi də bu işğalla barışdırmadı.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın