Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm ölkəmizi gücləndirir
Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm ölkəmizi gücləndirir.
2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev ilk gündən belə bir çağırışı səsləndirdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Həmçinin “Neft kapitalını insan kapitalına çevirək!” tezisi ölkənin inkişafında təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılmasının önəmini açıqladı. Ölkəmizdə enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Son 20 ilə yaxın dövrdə ölkə iqtisadiyyatına 280 milyard dollara yaxın investisiya qoyulub ki, bunun böyük həcmini xarici investisiyalar təşkil edir. Bu mühüm məqam Azərbaycanın bugününə və gələcəyinə inamı nümayiş etdirir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasının nəticəsi olaraq dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da sosialyönümlü layihələrin icrasını sürətləndirir.
Enerji sektorundan asılılığın minimuma endirilməsi üçün regionların malik olduğu potensial imkanlardan səmərəli istifadənin gərəkliyi önə çəkildi və 2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramı təsdiqləndi. Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi iqtisadi inkişafı sürətləndirdi. Məhz bu baxımdan ölkə Prezidenti cənab İlham Əliyev bildirir ki, sahibkarlığın inkişafı haqqında danışarkən mütləq Regional İnkişaf proqramlarını qeyd etməliyik. Birinci proqram 2004-cü ilin əvvəlində – fevral ayında qəbul edilmişdir. Bu proqramın qəbul edilməsi dövlət başçısının 2003-cü ildə seçkiqabağı proqramının bir hissəsi idi. Cənab İlham Əliyev o vaxt bəyan etmişdi ki, əgər xalq etimad göstərərsə, regionların inkişafı əsas vəzifələrdən biri olacaq və belə də oldu. 2004-cü ildə birinci, 2009-cu ildə ikinci, 2014-cü ildə üçüncü, 2019-cu ildə dördüncü Regional İnkişaf proqramları qəbul olunmuş, icra edilmiş və dördüncü sənəd bu il icrasını başa çatdıracaq.
Ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əhəmiyyətli rol oynayır. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı cənab İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Atılan addımlarda əsas məqsəd bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir.
Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da Azərbaycan öz mövqeyini uğurlu islahatları ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir. “Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurmuruq” söyləyən ölkə Prezidenti İlham Əliyev, eyni zamanda, bildirir ki, əlbəttə, belə fikirlər ortaya qoyulanda həm bizi daha da sevindirir, həm də dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır. Ölkə Prezidenti bu uğurlarımızda bir məqamı xüsusi qeyd edir ki, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizidən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurmuşuq və müstəqil ölkə kimi yaşayırıq.»
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova
Ermənilər bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər.
Cənab Prezident İlham Əliyevin Neftçala və Salyan rayonlarına səfərlərində Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə yeni obyektlərin açılışında iştirak etdi. Prezident Salyan rayonundakı geniş müsahibəsində bir çox maraqlı məqamlara toxundu. Onlardan biri də Ermənistanda keçirilən ağırlıqqaldırma üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması hadisəsi idi. Dövlət başçısı qeyd etdi ki, bu, Ermənistan hökumətinin hazırladığı bir məsələ idi. Mən də həqiqətən bunun elə İrəvan hakimiyyəti tərəfindən hazırlanan tamaşa olduğunu düşünürəm. Həmin tamaşanın icraçısı olan şarlatan məxluq təsadüfən seçilməmişdi.
Cənab Prezident də bunu söylədi və qeyd etdi ki, bu rəzil hadisə Ermənistanın siyasi rəhbərliyi tərəfindən hazırlanıb və onların gözü önündə baş verib. Ermənistanda heç kim buna reaksiya vermirsə, deməli, Nikol Paşinyan hakimiyyəti bu çirkin əməlin müəllifidir. Cənab Prezident həm də çox maraqlı bir fikir söylədi ki, onlar unutmasınlar ki, bu gün Azərbaycan bayrağı harada dalğalanır. Bu gün bizim şanlı bayrağımız Qarabağda dalğalanır.
Təbii ki, bayrağın yandırılması çox iyrənc bir hadisədir. Dövlətin bunun arxasında dayanması isə bir daha Ermənistanın hansı rəzil durumda olduğunu göstərir. Cənab Prezidentin də dediyi kimi, bu hadisə bizi sarsıda və iradəmizə heç bir təsir göstərə bilməz. Dövlət başçısı vurğuladı ki, onlar yaxşı fikirləşsinlər, bir gün gözlərini açdığı zaman Azərbaycan bayrağını öz başları üzərində görə bilərlər. Yəni bu sözün həm unikallığı, həm təsir gücü, həm, ünvanı, həm də zamanında deyilməsi göz önündədir”.
Ermənistan siyasi rəhbərliyi Azərbaycanla belə oyunlar oynaya bilməz.
Azərbaycanın şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi yəqin ki, ermənilərin yadından 100 il də çıxmayacaq. İdman yarışlarının siyasiləşdirilməsi, əsrlərlə və günahsız insanlarla belə vəhşi davranış erməni toplumunu dünyada biabır edir. Onlar artıq anlamağa başlayırlar ki, törətdikləri bu vəhşiliklər özlərinə qarşı çevrilir və bütün dünyada ikrah hissi yaradır. Özünü ərköyün aparan bu dövlətəbənzər rejim bir daha yaxşı anlamalıdır ki, Azərbaycanın təkliflərinə riayət etməlidir. Bunu Nikol Paşinyan da parlamentdəki son çıxışında söylədi və Azərbaycanın həm Avropa, həm də Rusiya üçün önəmini qeyd edərək, kommunikasiyaların açılmasının vacibliyindən danışdı.
O, artıq əhalini və siyasiləri hazırlamağa başlayıb ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Ermənistanın Baş naziri söyləyib ki, onlar bölgədə dayanıqlı sülh üçün Gürcüstan və İranla münasibətləri daha da dərinləşdirməli, Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlər qurmalıdırlar. Nikol Paşinyan da anlayır ki, Azərbaycan və Türkiyə ilə münasibətlər qurmadan bölgədə sabitlik olmayacaq. Ümumiyyətlə, Ermənistanın dövlət olaraq gələcəyi bu məsələlərdən asılıdır. Əks halda, bu gələcək Ermənistan üçün fəlakətli ola bilər.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov
Bütün bərpa və quruculuq işləri plan üzrə gedir.
Aprelin 18-də dövlət başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Neftçala və Salyan rayonlarına səfər etdilər. Səfər çərçivəsində Neftçala Olimpiya İdman Kompleksinin, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun, Heydər Əliyev Fondu tərəfindən inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin açılışında iştirak etdilər, Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış oldular. Prezident cənab İlham Əliyev aprelin 18-də Salyanda “ASAN xidmət” mərkəzinin açılışında iştirak etdikdən sonra Azərbaycan Televiziyasına müsahibəsində regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu nəticələrindən bəhs etdi. Neftçala və Salyan rayonlarına təkcə bir səfər çərçivəsində atılan addımlara diqqət yetirdikdə görülən işlərin miqyasının genişliyi fonunda regionların inkişafının dövlət siyasətinin əsasında dayandığı bir daha öz təsdiqini tapır. Nəzərə alsaq ki, bu işlər işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə paralel şəkildə həyata keçirilir, bu halda reallaşdırılan quruculuq işlərinin bütün ölkəni əhatə etdiyi aydın nəzərə çarpır.
Dövlət başçısı cənab İlham Əliyev Salyanda Azərbaycan Televiziyasına müsahibəsində regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çox böyük, genişmiqyaslı quruculuq işləri aparıldığını önə çəkərək bildirdi ki, bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bölgələrdə bizim bəyan etdiyimiz bütün hədəflər təmin edilsin, ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir”. “ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır» söyləyən dövlət başçısı onu da əlavə etdi ki, “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Salyan rayonunda açılışı olan “ASAN xidmət” mərkəzinin sayca 25-ci mərkəz olduğunu vurğulayan dövlət başçısı bildirdi ki, dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Biz bu ölkələrə metodik dəstək veririk: «Son illər ərzində, yəni, 10 il ərzində 61 milyon müraciət olmuşdur. Yəni, bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. Beləliklə, “ASAN xidmət” bizim, o cümlədən intellektual məhsulumuzun bir nümunəsidir və eyni zamanda, biz artıq intellektual məhsul ixrac edirik.»
Müsahibədə müasir tələblər səviyyəsində qurulan işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edən cənab İlham Əliyev onu da qeyd etdi ki, hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir. Bölgələrə səfərlərimin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir. Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-yenidənqurma işlərinin plana üzrə getdiyini vurğulayan cənab İlham Əliyev qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz – bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla, barbarlıqla məşğul olub. Biz – bu torpaqların sahibləri isə qurmaq, yaratmaq üçün gəlmişik. Ona görə müharibə başa çatan kimi dərhal artıq işə start verilmişdir. Artıq iki yaşayış məntəqəsində – Ağalı və Talış kəndlərində keçmiş köçkünlərin hazırda yaşadıqlarına diqqəti yönəldən Prezident İlham Əliyev bildirdi ki, bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük.
Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova
Ermənilər bizim bayrağımızı yandırıblar, amma Türk Bayrağı orada dalğalanıb.
Prezident cənab İlham Əliyevin 18 aprel tarixində Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində qürurla dediyi kimi, “Ermənilər bizim bayrağımızı yandırıblar, amma Türk Bayrağı orada dalğalanıb. Ermənilər bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər. Bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır. Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və neçə-neçə kənddə, yüzlərlə kənddə Azərbaycan Bayrağı dalğalanır. Bu gün Azərbaycan Bayrağı Zəngəzur dağlarında dalğalanır.”
Şərqi Zəngəzurun və Qarabağın bərpası dövlətimizin əsas diqqətində olan məsələlərdəndir. Hazırda həmin ərazilərdə sistemli və ardıcıl şəkildə abadlıq-quruculuq işləri həyata keçirilir. Əsas hədəf sakinlərin tez bir zamanda ata-baba yurduna qayıtması, orada məskunlaşması və xoşbəxt yaşamasıdır. Bunun üçün dövlətimiz bütün zəruri addımları atır. Həm də qürurla deyə bilərik ki, Ağalı və Talış kəndlərinə sakinlər qayıdıb və orada yaradılan şərait göz qabağındadır.
İnanırıq ki, işğaldan azad olunan bütün ərazilərimiz dövlətimizin başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə bu cür bərpa ediləcək və sakinlər yerləşdiriləcək. Ermənistanla sülh danışıqları məsələsində dövlətimizin başçısı aydın şəkildə bəyan etdi ki, “Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır! Eyni zamanda, Dövlətimizin başçısı cənab İlham Əliyevin regionlara hər bir səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır.
Prezident cənab İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bir daha bildirdi ki, bölgələrə səfərləri nəzarət üçün bir vasitədir. Belə ki, verilən tapşırıqların necə yerinə yetirilməsinə nəzarət edilir, həmçinin növbəti tövsiyələr verilir. Bütün hədəflər- insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilir.
Bölgələrimizin ümumi inkişafı həm sosial xarakter daşıyır həm də ölkəmizi gücləndirir. Prezidentimiz müsahibəsində Azərbaycanın tətbiq etdiyi müasir idarəetmə üsulundan, dünyaya səs salan “ASAN xidmət”in üstünlüklərindən, məqsəd və məramından bəhs etdi. Sayca 25-ci olan Salyan “ASAN xidmət” mərkəzi istifadəyə verildi. Ümumilikdə “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Artıq dünyada ASAN modelini bir neçə ölkə tətbiq edir. Azərbaycan bu ölkələrə metodik dəstək verir. Son 10 il ərzində “ASAN xidmət”ə 61 milyon müraciət olub.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova
Bütün bərpa və quruculuq işləri plan üzrə gedir.
Bu gün Azərbaycan xalqı olaraq torpaqlarımızın işğaldan azad olunmasının sevincini və qürurunu yaşayırıq. 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi, düşmənin hərbi birləşmələri darmadağın olundu. Bunun nəticəsində işğalçı Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Hazırda qarşıda dayanan əsas vəzifəmiz azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərinin həyata keçirilməsidir. Bu baxımdan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. İşğaldan azad olunmuş bütün ərazilər Baş plan əsasında bərpa olunacaqlar. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağdama son səfəri zamanı bir sıra əhəmiyyətli təhsil, mədəni və iqtisadi yönümlü obyeklətin təməlini qoydu. Buna misal olaraq 140 illik tarixi olan 1 saylı məktəbin, gələcəkdə burada iş yerlərinin yaradılmasına xidmət edəcək Ağdam Sənaye Parkının, Bərdə-Ağdam avtomobil yolunun, habelə 125 hektarlıq böyük meşə zolağının təməli qoyuldu. Bunlarla yanaşı, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilib. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası artıq hazırlanıb. Burada süni gölün, kanalların və körpülərin də yaradılması nəzərdə tutulur.
Təəssüf hissi ilə qeyd etməliyik ki, erməni vandalları geridə qalan 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızı dağıdıb, talan ediblər. Azad etdiyimiz bütün ərazilərdə erməni vandalizminin izləri açıq-aydın görünür. Bütün maddi sərvətimiz məqsədyönlü şəkildə dağıdılıb, talan edilib, tarixi-dini abidələrimiz sökülüb.
Bununla belə tarixi ədalət öz yerini tapdı. Azərbaycan öz əzəli torpaqlarını işğaldan azad etdi. İndi həmin ərazilərdə abadlıq-quruculuq işləri həyata keçirilir. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Qarabağa həyat yenidən qayıdır!
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə
Salyanda açılan “ASAN xidmət” mərkəzi, sayca 25-ci mərkəzdir.
Aprelin 18-də dövlət başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Neftçala və Salyan rayonlarına səfər etdilər. Səfər çərçivəsində Neftçala Olimpiya İdman Kompleksinin, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun, Heydər Əliyev Fondu tərəfindən inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin açılışında iştirak etdilər, Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış oldular. Prezident İlham Əliyev aprelin 18-də Salyanda “ASAN xidmət” mərkəzinin açılışında iştirak etdikdən sonra Azərbaycan Televiziyasına müsahibəsində regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu nəticələrindən bəhs etdi. Neftçala və Salyan rayonlarına təkcə bir səfər çərçivəsində atılan addımlara diqqət yetirdikdə görülən işlərin miqyasının genişliyi fonunda regionların inkişafının dövlət siyasətinin əsasında dayandığı bir daha öz təsdiqini tapır. Nəzərə alsaq ki, bu işlər işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə paralel şəkildə həyata keçirilir, bu halda reallaşdırılan quruculuq işlərinin bütün ölkəni əhatə etdiyi aydın nəzərə çarpır.
Dövlət başçısı cənab İlham Əliyev Salyanda Azərbaycan Televiziyasına müsahibəsində regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çox böyük, genişmiqyaslı quruculuq işləri aparıldığını önə çəkərək bildirdi ki, bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bölgələrdə bizim bəyan etdiyimiz bütün hədəflər təmin edilsin, ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir”. “ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır» söyləyən dövlət başçısı onu da əlavə etdi ki, “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Salyan rayonunda açılışı olan “ASAN xidmət” mərkəzinin sayca 25-ci mərkəz olduğunu vurğulayan dövlət başçısı bildirdi ki, dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Biz bu ölkələrə metodik dəstək veririk: «Son illər ərzində, yəni, 10 il ərzində 61 milyon müraciət olmuşdur. Yəni, bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. Beləliklə, “ASAN xidmət” bizim, o cümlədən intellektual məhsulumuzun bir nümunəsidir və eyni zamanda, biz artıq intellektual məhsul ixrac edirik.»
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova
Ölkəmiz dinamik şəkildə inkişaf edir.
Prezident cənab İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Cənab Prezident xarici kanallara verdiyi çoxsaylı müsahibələr kimi bu dəfə də 18 aprel 2023-cü il tarixində Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində ölkənin xarici və daxili siyasəti, iqtisadi-siyasi vəziyyət barədə ətraflı məlumat verərək bir çox məsələlərə toxunmuşdu.
Dövlət başçısı müsahibəsində bildirmişdir ki, “Bugünkü səfər də ənənəvi bir səfərdir. Mən əvvəlki dövrlərdə Salyan və Neftçala rayonlarında bir neçə dəfə olmuşam və bu səfər çərçivəsində iştirak etdiyim tədbirlər özlüyündə bir göstəricidir. Həm gözəl “ASAN xidmət” mərkəzi, bu, sayca 25-ci mərkəzdir. “ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır və nəinki ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir, onu da deməliyəm ki, “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Mən bilmirəm, ikinci belə xidmət var ki, bu qədər insanlar tərəfindən bəyənilsin və eyni zamanda, dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Biz bu ölkələrə metodik dəstək veririk. Son illər ərzində, yəni, 10 il ərzində 61 milyon müraciət olmuşdur. Yəni, bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. Beləliklə, “ASAN xidmət” bizim, o cümlədən intellektual məhsulumuzun bir nümunəsidir və eyni zamanda, biz artıq intellektual məhsul ixrac edirik”. Prezident həmçinin qeyd etmişdir ki, “Müharibədən sonrakı iki il yarım ərzində də ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib. Tam əminliklə deyə bilərəm ki, bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür. Ancaq, eyni zamanda, yenə də demək istəyirəm, biz hər bir vəziyyətə hər an hazır olmalıyıq. Ona görə bu sahədə – ordu quruculuğu və müdafiə potensialımızla bağlı olan bütün məsələlər əsas vəzifədir, bu vəzifə və Qarabağın, Şərqi Zəngəzurun bərpası vəzifəsi. Ona görə biz əsas vəsaiti bu istiqamətlərə yönəldəcəyik, lazım olan digər xərclər də aparılacaq. Yəni, bu, bir daha onu göstərir ki, bilirsiniz, indi dünya miqyasında bir çox yerlərdə iqtisadi böhranın, siyasi böhranın, hərbi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycan onsuz da rekord həddə olan öz dövlət büdcəsini daha da artırır və bizim büdcə xərclərimiz bu artımdan sonra, təbii ki, yeni rekord qıracaq və ən azı 36 milyard manata çatacaqdır.
Qarabağda və Şərqi Zəngəzurda gedən işlərlə bağlı müntəzəm olaraq ictimaiyyətə məlumat verilir. Onu bildirməliyəm ki, infrastruktur layihələrinin icrası, dəmir yolları, avtomobil yolları, elektrik enerjisi ilə bağlı olan təchizat, su təchizatı, meliorativ tədbirlərlə bağlı olan bütün layihələr plan üzrə gedir. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası davam edir. Mən bir müddət bundan əvvəl demişdim ki, biz keçmiş köçkünləri bu ilin sonuna qədər Laçın şəhərinə qaytaracağıq. Bax, bu gün tam əminliklə deyə bilərəm ki, biz yay aylarında artıq buna nail olacağıq. Yəni, biz bu işi vaxtından tez görürük və əgər birinci mərhələdə Laçın şəhərində 400-dən bir qədər çox evin inşasını nəzərdə tuturduqsa, son məlumata, son planlarımıza görə, ancaq fərdi evlərin sayı 570 olacaq. Eyni zamanda, 140-dan çox mənzil hazır olacaqdır. Yəni, beləliklə, 700-dən çox ailəni biz bu ilin yay aylarında Laçın şəhərində yerləşdirəcəyik. Eyni zamanda, qanunsuz olaraq məskunlaşma siyasəti aparılan Zabux və Sus kəndlərində işlər gedir. O kəndlərə də biz ilin sonuna qədər keçmiş köçkünləri qaytaracağıq.
Bununla paralel olaraq Şuşa şəhərində birinci yaşayış kompleksi uğurla inşa edilir. Biz ikinci böyük yaşayış kompleksinin, yəni, bir çox evlərdən ibarət layihənin təməlini yaxın zamanlarda qoyacağıq. Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası plan üzrə gedir, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə buna hazırlıq işləri görülür. Bununla paralel olaraq məktəblər, xəstəxanalar, sosial obyektlər, məscidlər – 10-dan çox məscid yenidən tikilir və ya əsaslı şəkildə təmir edilir. Daha doğrusu, cəmi iki məscid təmir edilir. Çünki qalan məscidlərin hamısı ermənilər tərəfindən yerlə-yeksan edilmişdir. Bax, quruculuq işlərimiz bu istiqamətdə aparılır və bir daha onu göstərir ki, bizim bütün planlarımız, bəyan etdiyimiz bütün məqsədlər həyatda öz əksini tapır və tapacaq”-deyə diqqətə çatdırmışdır.
Xüsusilə qeyd etmək lazımdır ki, illər ərzində bu fəaliyyət çərçivəsində bütövlükdə, görülən bütün bu işlər – həyata keçirilən tədbirlər siyasi birliyin güclənməsini və milli həmrəyliyin möhkəmlənməsini təmin edən çox mühüm amildir.
Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva
Qarabağda və Şərqi Zəngəzurda gedən işlərlə bağlı müntəzəm olaraq ictimaiyyətə məlumat verilir.
Prezident cənab İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində Qarabağda və Şərqi Zəngəzurda gedən işlərə də toxunub. Qarabağda və Şərqi Zəngəzurda gedən işlərlə bağlı müntəzəm olaraq ictimaiyyətə məlumat verilir. Onu bildirməliyəm ki, infrastruktur layihələrinin icrası, dəmir yolları, avtomobil yolları, elektrik enerjisi ilə bağlı olan təchizat, su təchizatı, meliorativ tədbirlərlə bağlı olan bütün layihələr plan üzrə gedir. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası davam edir. Mən bir müddət bundan əvvəl demişdim ki, biz keçmiş köçkünləri bu ilin sonuna qədər Laçın şəhərinə qaytaracağıq. Bax, bu gün tam əminliklə deyə bilərəm ki, biz yay aylarında artıq buna nail olacağıq. Yəni, biz bu işi vaxtından tez görürük və əgər birinci mərhələdə Laçın şəhərində 400-dən bir qədər çox evin inşasını nəzərdə tuturduqsa, son məlumata, son planlarımıza görə, ancaq fərdi evlərin sayı 570 olacaq. Eyni zamanda, 140-dan çox mənzil hazır olacaqdır. Yəni, beləliklə, 700-dən çox ailəni biz bu ilin yay aylarında Laçın şəhərində yerləşdirəcəyik. Eyni zamanda, qanunsuz olaraq məskunlaşma siyasəti aparılan Zabux və Sus kəndlərində işlər gedir. O kəndlərə də biz ilin sonuna qədər keçmiş köçkünləri qaytaracağıq.
Bununla paralel olaraq Şuşa şəhərində birinci yaşayış kompleksi uğurla inşa edilir. Biz ikinci böyük yaşayış kompleksinin, yəni, bir çox evlərdən ibarət layihənin təməlini yaxın zamanlarda qoyacağıq. Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası plan üzrə gedir, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə buna hazırlıq işləri görülür. Bununla paralel olaraq məktəblər, xəstəxanalar, sosial obyektlər, məscidlər – 10-dan çox məscid yenidən tikilir və ya əsaslı şəkildə təmir edilir. Daha doğrusu, cəmi iki məscid təmir edilir. Çünki qalan məscidlərin hamısı ermənilər tərəfindən yerlə-yeksan edilmişdir. Bax, quruculuq işlərimiz bu istiqamətdə aparılır və bir daha onu göstərir ki, bizim bütün planlarımız, bəyan etdiyimiz bütün məqsədlər həyatda öz əksini tapır və tapacaq”-deyə diqqətə çatdırmışdır.
Xüsusilə qeyd etmək lazımdır ki, illər ərzində bu fəaliyyət çərçivəsində bütövlükdə, görülən bütün bu işlər – həyata keçirilən tədbirlər siyasi birliyin güclənməsini və milli həmrəyliyin möhkəmlənməsini təmin edən çox mühüm amildir.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə
İşğaldan azad olunmuş ərazilərin bərpası sürətlə davam edir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbə dövlətçilik tariximizin ən şanlı səhifələri sırasında öndə dayanır. Vətən müharibəsinin təntənəsi təkcə işğal altındakı torpaqların yağı düşməndən qurtuluşu deyil, eyni zamanda, Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişidir. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm də milli ləyaqətimizi bərpa etdik.
44 günlük Vətən müharibəsindən sonra Qarabağda bərpa-quruculuq, yenidənqurma işlərinə başlandı. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu gün də bərpa-quruculuq işləri sürətlə davam etdirilir.
Erməni vandallarının illərlə törətdikləri vəhşi əməllərə azadlığa qovuşmuş torpaqlarımızın hər qarışında rast gəlinir. Viran qoyulan şəhər və kəndlərimiz, dağıdılan, təhqir edilən məscidlərimiz, yer üzündən silinən tarix və mədəniyyət abidələrimiz düşmənin nə qədər barbar, vəhşi olduğunu və onun iç üzünü bir daha təcəssüm edir.
Erməni vandalları tərəfindən dağıdılmış şəhər və kəndlərimizdə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bərpa, yenidənqurma və quruculuq işlərinin aparılması, öz doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın yaşayışı yüksək səviyyədə təmin ediləcəkdir.
Bölgənin abadlaşdırılması, quruculuq işlərinin həcmi ölkəmizin iqtisadi gücünü bir daha nümayiş etdirir. Görülən işlərin olduqca böyük ərazilər əhatə etməsi layihələrdə hər bir kəsin iştirakına imkanlar açır.
Ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər həyata keçirilir. Yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. Ən əsası, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri ən müasir standartlara uyğun həyata keçirilir.
Qarabağ nəinki Azərbaycanın, dünyanın ən gözəl məkanlarından birinə çevriləcəkdir.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova
Ermənilər bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər.
Ermənistan və onun himayədarları torpaqlarımızı illərdir təcavüz altında saxlamaqla bizim bu baş verənləri qəbullanacağımızı düşünürdülər. Onların bir çox başqa məkrli planları kimi, bu iyrənc gözləntiləri də baş tutmadı. Heç bir güc bizi 30 ildir həsrətini çəkdiyimiz, qəlbimizdə sevgisini böyütdüyümüz Qarabağımızdan ayıra bilməz. Çeşidli təhdid və təzyiq cəhdlərinə, bəzi xarici dairələrin açıq və gizli maneələrinə baxmayaraq, Prezident cənab İlham Əliyev Qarabağı düşmən tapdağından qurtarmağı özünün əsas vəzifəsi kimi qəbul etdi. Onun əsas hədəfi Qarabağa Böyük Qayıdışı təmin etməkdən ibarət idi. Bunun üçün durmadan çalışır, bütün arenalarda qorxmadan sözünü deyirdi. O, bir Azərbaycan oğludur. Xalqımız kimi mərd, cəsur, şücaətli, qorxmaz…
Ermənistan dövləti əvvəl-axır bizim dediklərimizi qəbul edəcək və yerinə yetirməyə məcbur olacaq. Ola bilər ki, o, himayədarlarının köməyi ilə biraz vurnuxsun, qaçsın. Amma, bilirik ki, Azərbaycan yenə qalib gələcək.
Prezident cənab İlham Əliyevin ortaya qoyduğu qətiyyətli mövqeyinə əmin olduğuma görə artıq tam səmimi olaraq düşünürəm ki, Xalqımızın tarixi Zəfərindən güc alan növbəti böyük arzuların həyata keçirilməsi yaxındır.
Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli