Həftənin ilk “Açıq mikrofon” aksiyası Qəbələ rayonunda keçirildi-FOTO
SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Qəbələ rayonunun sakinləri üçün təşkil olunub. Həftənin ilk aksiyasında ümumilikdə 5 müraciət ünvanlanıb.
Qanunla.Az xəbər verir ki, mikrofon önünə keçən abonentlər debitor borcun hissə-hissə ödənilməsinə icazənin verilməsi, qapı keçidinin quraşdırılması, fərdi yaşayış evinin sayğacla təmin edilməsi və qaz sayğacının yenisi ilə əvəzlənməsini xahiş ediblər. Zaqatala RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın