“Açıq mikrofon” aksiyası şimal bölgəsində öz işinə davam edir-FOTO
Ağarəhimoba kəndinin qazlaşdırılması, qapı keçidinin quraşdırılması və fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı müraciətlər bu gün Xaçmazda keçirilən “Açıq mikrofon” aksiyasında ünvanlanıb.
Qanunla.Az xəbər verir ki, mikrofon önünə çıxan 2 nəfər adıçəkilən kəndin sakinlərinin mavi yanacaq istəyini dilə gətirib. Ünvanlanan 8 müraciətdən əlavə 2 abonent isə operativ fəaliyyətə görə ölkə başçısı və SOCAR rəhbərliyinə təşəkkürünü bildirib. Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın