21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir

Əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir

Əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir

Cari ilin 13 iyun tarixində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı bütün sahələrdə olduğu kimi müdafiə və müdafiə sənayesi sahələrindədə gələcək əməkdaşlıq planları müzakirə olunmuş və bu sahə olduqca genişdir. Seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır.Ordu sahəsindədə əməkdaşlıq günü gündən inkişaf edir. Bu il iki olkə arasında 16 birgə hərbi təlim keçiriləcəkdir, onlardan 6-sı artıq keçirilmişdir.Azərbaycan və Türkiyə arasında əməkdaşlıq bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir. Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.  44 günlük Vətən müharibəsində Türkiyənin hərtərəfli dəstəyi Azərbaycanın bu haqlı savaşında qələbə qazanmasında mühüm rol oynadı. Bundan başqa digər sahələrdə xüsusilə enerji sahəsində əlaqələr günü gündən inkişaf etməkdədir. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, və bundan sonra da artacaqdır. Bütün əldə olunmuş uğurlar əsası Ulu Öndər Heydər Əliyevin  qoyduğu və bu gündə ölkə başçısı cənab İlham Əliyevin uğurla davam etdirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir.

Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini-Əvəz Soltanov

 

İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 13iyun tarixində Azərbaycana səfəri iki ölkə arasında yeni səhifə açdı. Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq. Ona görə Azərbaycanda nəqliyyat və logistika imkanları genişlənir. Bakı Dəniz Limanının imkanları 25 milyon tona qədər genişlənir. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir. Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır. Enerji sahəsində əlaqələr təbii qaz məsələsi ilə məhdudlaşmır. Bərpaolunan enerji növləri üzrə əməkdaşlığın böyük perspektivləri var. Bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində də fəal əməkdaşlıq əlaqələri mövcuddur.Bundan başqa Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Bu istiqamətdə birgə səylərin sayı artıracaqdır. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcəkdir. Cari ilin 13 iyun tarixində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı qeyd etdiyi kimi Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq. Şuşa Bəyannaməsinin müddəalarını bundan sonra da uğurla həyata keçirməkdə qərarlıyıq və bu məsələdə güzəştə getməyəcəyik. Şuşadakı baş konsulluğunun açılması başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaqdır. Bütün bu əldə olunmuş uğurlar ölkə başçısı cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir.

Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini-Əvəz Soltanov

 

Şuşa Bəyannaməsi tarixi anlaşmadır

Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də imzaladıqları “Şuşa Bəyannaməsi”nin iki ili tamam olur. “Şuşa Bəyannaməsi” iki ölkə arasında tarix boyu süzgəcdən və sınaqdan keçmiş, ortaq strateji maraqlara malik hərbi-siyasi və təhlükəsizlik məsələsidir.2021-ci ilin 15 iyununda Şuşada, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Bir millət, iki dövlət”in qardaş liderləri Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi” imzaladılar.“Şuşa Bəyannaməsi”nin Türkiyə və Azərbaycan parlamentlərində ratifikasiyası artıq bəyannamədə əksini tapan maddələrin tam şəkildə işlək vəziyyətə düşməsinə hər hansı əngəlləri də tam şəkildə aradan qaldırmış oldu. Beynəlxalq hüquqa istinad olunmuş tarixi müqavilə Qars müqaviləsi ilə müqayisə edilsə də, burada üçüncü tərəfin iştirak etməməsi, qardaş ölkələrin bir-birinin ərazi bütövlüyü və suverenliyinə, təhlükəsizliyinə təminat vermələri baxımından daha üst səviyyəli sənəd olaraq şərəf tariximizə düşmüş oldu.Tarixdə mövcud olan türk dövlətləri arasında heç vaxt “Şuşa Bəyannaməsi” qədər geniş, əhatəli və qarşılıqlı münasibətlərin bütün spektrini özündə əks etdirən sənəd imzalanmamışdır. Həm bu baxımdan, həm qardaş Tükiyənin Azərbaycana açıq və birmənalı dəstəyi, ortaq hədəflərimizin birliyi, maraqlarımızın uzun və bəlkə də yüzillər davam edəcək bir zaman kəsiyi üçün uzlaşdırılması aspektindən “Şuşa Bəyannaməsi”nin tayı-bərabəri yoxdur. Dünyada baş verən proseslər sübuta yetirdi ki, strateji münasibətlərin Azərbaycan-Türkiyə səviyyəsinə çatdırılması üçün ortaq dil, mədəniyyət və tarix kimi amillər yetərli deyil. Belə məsələlərdə milli iradəni olduğu kimi, dəqiqliklə, həm tarixi prosesləri düzgün təhlil edərək, həm də perspeltivləri doğru dəyərləndirərək ifadə etmək, qarşılıqlı etimadlı münasibətləri inkişaf etdirmək mühüm əhəmiyyət kəsb edir.Türkiyə-Azərbaycan birliyinin cazibədarlığı türk dünyasının mənəvi bütövlüyü üçün də mühüm əhəmiyyətə malikdir. Kimsəyə sirr deyil ki, Azərbaycan və Türkiyənin təşəbbüsləri və iştirakları ilə həyata keçirilən layihələr, qarşılıqlı münasibətlərin indiki səviyyəyə çatdırılması digər qardaş xalqların da Türk dünyasının gələcəyinə böyük ümidlərlə baxmalarına zəmin yaradıb. Azərbaycan-Türkiyə münasibətləri Türk dünyasının siyasi, iqtisadi, mənəvi, ideoloji lokomotivi, hərəkətverici qüvvəsidir. Mahiyyət etibarilə, “Şuşa Bəyannaməsi” bölgədə inteqrasiya proseslərini, yeni sərmayə qoyuluşunu stimullaşdırır. Bəyannamə iki ölkə arasında imzalansa da, bu sənəd həm də bütövlükdə bölgəyə işıq salır.“Şuşa Bəyannaməsi”ndə beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub. Ən əsası, bəyannamə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Sənəddə müharibədən sonrakı mərhələdə Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi-nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi də vurğulanıb. Eyni zamanda, bundan sonrakı mərhələdə müştərək milli mənafelər baxımından siyasi, hərbi, təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi aktuallıq daşıyır.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov

 

 

Zəngəzur dəhlizinin açılması qaçılmazdır

44 günlük müharibədə qələbə qazanaraq öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycan regionda yeni geostrateji reallıqlar yaradıb. Bu gerçəkliklər bölgədə inteqrasiya və çoxtərəfli əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir. Xüsusilə də, Azərbaycanın geosiyasi iradəsi nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat dəhlizinin yaradılması mühüm siyasi və iqtisadi dividendlər, perspektivlər vəd edir.Zəngəzur dəhlizinin yaradılması Avrasiyada yeni işbirliyi platformasının əsasının qoyulmasıdır. Asiyadan Avropaya doğru uzanan geniş coğrafiyada bir çox dövlət bu geostrateji proyektin reallaşmasında maraqlıdır. Sadəcə olaraq, bu imkanlardan yararlanmaq üçün konstruktiv mövqe, praqmatik davranış ortaya qoymaq lazımdır.Azərbaycan Prezidenti dəfələrlə ölkəmizin Zəngəzur dəhlizinin açılmasına nail olacağını qətiyyətlə vurğulayıb. Ermənistan isə kommunikasiyaların bərpası, yeni dəhlizin yaradılması ilə əlaqədar qeyri-müəyyən şərait yaratmağa, vaxtı uzatmağa, müxtəlif bəhanələr irəli sürməklə süni gündəm formalaşdırmağa çalışırdı. Buna baxmayaraq, hərbi Zəfəri diplomatik müstəvidə möhkəmləndirərək tarixi prosesə çevirən Bakı strateji təşəbbüsləri və fəaliyyəti ilə sülh gündəliyini, regional geostrateji gündəmi müəyyənləşdirdi – İrəvanı konstruktiv mövqeyə məcbur etdi. Azərbaycan bu istiqamətdə strateji fəaliyyətini davam etdirir, müvafiq işlər görülür. Ölkəmiz bu günə qədər Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin icrasında çox fəal rol oynayıb, ölkəmizin təşəbbüsü ilə əhəmiyyətli addımlar atılıb. İndiki mərhələdə Azərbaycan Avrasiyada geniş bir coğrafiyanı əhatə edən, Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışır. Bu layihənin gerçəkləşdirilməsi ilə regionda əməkdaşlığa xidmət edən inteqrasiya prosesi güclənəcək. Bu dəhliz, eyni zamanda, ölkəmizin Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi geostrateji mövqeyini möhkəmləndirəcək, tranzit imkanlarını genişləndirəcək, Azərbaycan mühüm siyasi-iqtisadi dividendlər qazanacaq. Bütövlükdə, respublikamızın fəal iştirakı və liderliyi fonunda cərəyan edən proseslər Avrasiyada yeni geosiyasi konfiqurasiyanın formalaşmasına ciddi təsir göstərəcək. İndi ölkəmizin təşəbbüsü ilə yeni yaranan təhlükəsizlik mühiti regional və qlobal güc mərkəzlərinin ortaq maraqlar əsasında səmərəli əməkdaşlığı üçün geniş imkanlar açır. Başqa sözlə, perspektivə dair aydın strateji baxışları olan Azərbaycanın yaratdığı bu reallıqlar təkcə respublikamız üçün deyil, bütövlükdə region dövlətləri və dünya siyasətinin aparıcı subyektləri üçün də mühüm dividendlər vəd edir.Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası, Türk dünyası uzun illərdən sonra Zəngəzur dəhlizi vasitəsilə birləşəcək”.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov

 

Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək

Azərbaycanla Türkiyə arasında əməkdaşlıq bütün digər sahələrdə olduğu kimi, hərbi sahədə də dərinləşməkdədir. Tarixi köklərini hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründən götürən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı bu gün yüksələn xəttlə inkişaf edir. Sovet İttifaqının dağılmasından  sonra hərbi müstəvidə Türkiyə və Azərbaycan arasında münasibətlərin getdikcə dərinləşən, iki qardaş ölkə ordusunun hərbi ittifaqa qədər qüvvətlənən bir modeli ortaya qoyulmuşdur. İlk gündən etibarən Azərbaycanın regional təhlükəsizlik ehtiyacını diqqətə alan qardaş Türkiyə bizim hərbi baxımdan güclənməyimizə çalışmış, bunu Türkiyənin də regionda güclənməsi kimi dəyərləndirmiş və bu sahədə mümkün olan dəstəyi əsirgəməmişdir. Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq təkcə iki qardaş ölkənin hərbi potensilanın artırılması baxımından deyil, həm də bölgədə sülh və təhlükəsizliyin təmini baxımından da mühüm əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi Zəfər nəticəsində Cənubi Qafqazda yaranan yeni geopolitik güc balansını təhlil edərkən görürük ki, Türkiyə-Azərbaycan ordularının hərbi əməkdaşlığı burada necə böyük bir rola sahibdir. İki qardaş ölkə ordularının əməkdaşlığı yalnız Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi baxımından deyil, eyni zamanda, bölgədə sabitlik və təhlükəsizliyin təmini, ortaq güc formalaşdırmaq yolu ilə milli problemlərin həll edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Türkiyə bu gün Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşıdır. İki ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin ildən-ilə genişlənməsi, birgə keçirilən hərbi təlimlərin sayının artması bunu söyləməyə əsas verir. Hərbi əməkdaşlığın bütün sahələrini əhatə edən bu əlaqələr iki ölkənin orduları arasında sıx münasibətlərin qurulmasına xidmət edir və ən başlıcası, bu əlaqələrin yüksələn xəttlə inkişaf etməsi regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın