Sədəfli kənd sakinlərini “Açıq mikrofon”a gətirən tək səbəb
Sədəfli kənd sakinlərini “Açıq mikrofon”a gətirən tək səbəb
“Səyyar qəbul otağı” həftənin ilk iş günü Qobustan rayonunun Sədəfli kəndində Vətən müharibəsi şəhidi Elyar Vəliyevin evinin qarşısında təşkil edilib. Kəndin 15 sakinini aksiyaya gətirən səbəb isə bir olub.
Qanunla.Az xəbər verir ki, kəndin bütün sakinləri adından çıxış edənlər qaz xətti yeni çəkilmiş Sədəfli kəndinin tezliklə mavi yanacaqla təmin olunmasını xahiş ediblər. Aksiya iştirakçılarının müraciətləri dinlənildikdən sonra Ağsu RQİİ-nin rəhbər şəxsləri Vətən müharibəsi şəhidi Elyar Vəliyevin xatirəsinə yaradılan güşəni ziyarət ediblər.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın