22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“İnsan sağlamlığını təhdid edən xəstəliklər barədə maarifləndirmənin keçirilməsi” adlı 2-ci konfrans keçirilib – FOTOLAR

“İnsan sağlamlığını təhdid edən xəstəliklər barədə maarifləndirmənin keçirilməsi” adlı 2-ci konfrans keçirilib – FOTOLAR

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb.

Qafqazaz.com  xəbər verir ki, tədbiri Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev açıq elan edərək “Sağlamlığın Qorunması” İB-nin maarifləndirmək məqsədilə həyata keçirdiyi layihənin aktuallığı barədə söz açıb.“Sağlamlığın Qorunması” ictimai birliyinin sədri, t.ü.f.d. Yazgül Abdıyeva qonaqları və iştirakçıları salamlayaraq, hepatit virusları arasında ən təhlükəli olan hepatit B virusu ilə bağlı məlumat verib və bu cür maarifləndirmə tədbirlərinin hər zaman keçirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra “Sağlam bəşəriyyətin təhdidi – Hepatit” adlı video çarx nümayiş etdirilib.

Konfransda Dr. Afət Məmmədli tərəfindən
“Hepatit B-nin dəqiq təyini üçün laborator diaqnostika”, Dr. Təranə Bağırova tərəfindən
“Pediatriyada Hepatit B”, Dr. Akif Həsənov
“Hepati B-dən qorunma üsulları”, Hepatit B virusu” mövzuları məruzə edilib.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev tərəfindən Yazgül Abdıyevaya Gədəbəy rayonunda gördüyü işlər, göstərdiyi dəstəyə görə fəxri fərman təqdim edilib.

Sonda sual və təkliflər səsləndirildi.

“Yeni Gündəm”

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın