22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ulu Öndər Heydər Əliyevin ana dilimizin qorunması üzrə siyasi xəttinə sadiqlik

Ulu Öndər Heydər Əliyevin ana dilimizin qorunması üzrə siyasi xəttinə sadiqlik

Ulu Öndər Heydər Əliyevin ana dilimizin qorunması üzrə siyasi xəttinə sadiqlik.


Bu gün Azərbaycan dilinin tarixi, bu günü, sabahı ilə bağlı dəyərli tədqiqatların aparılmasına ehtiyac daha böyükdür. Dünyada gedən qloballaşma prosesləri müstəvisində Azərbaycan dilinin nüfuzunu, layiq olduğu yeri təmin etmək üçün dilimizin bütün incəliklərini nəzərə almaqla öyrənmək, öyrətmək, təbliğ və tədqiq etmək lazımdır. Bu mənada yeni Azərbaycan dili dərsliklərinin, Azərbaycan dilində yeni dərs vəsaitlərinin, metodik göstərişlərin yazılması olduqca aktualdır. Bu gün Azərbaycan dilini yalnız azərbaycanlılar deyil, dünyanın başqa xalqları da öyrənir. Təsadüfi deyildir ki, yaponlar, fransızlar, amerikalılar və digər xalqlar Azərbaycan dilinə maraq göstərir, bu dili öyrənməyə çalışırlar. Azərbaycan dili Amerika Birləşmiş Ştatlarının universitetlərində tədris olunur. Dövlətimizin nüfuzu artdıqca, dilimizin rolu və mövqeyi də güclənir.Ümummilli liderimiz Heydər Əliyev demişdir: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.
Azərbaycan dilinin “Kitabi-Dədə Qorqud” kimi mükəmməl eposu var. Təkcə bu kifayətdir ki, dilimizin qədim tarixi ilə öyünək. Bayatılarımızın, laylalarımızın, nağıl və dastanlarımızın tarixini isə yəqin ki, eramızdan çox-çox əvvəllərdə axtarmalıyıq.
Bu gün Azərbaycan dilini tədris edən və bu işdən şərəf duyan biz müəllimlər qarşısında şox mühüm, müqəddəs vəzifələr dayanır. İnanırıq ki, Azərbaycan dilinin işlənmə arealının, təsir dairəsinin genişləndiyi, onun tədrisinə böyük önəm verildiyi bir dönəmdə dilçi alimlərimiz, elmimizin cəfakeşləri bu şərəfli missiyanın da öhdəsindən ləyaqətlə gələcək, ulu öndərin Azərbaycan dilinin inkişafı naminə qəbul etdiyi qərarlar, imzaladığı qanunlar, fərman və sərəncamlar isə bu yolda daim işıq saçacaqdır.
Bu gün çox böyük daxili inamla demək olar ki, ümummilli liderimiz Heydər Əliyevin dil siyasəti, Azərbaycan dilinin inkişafına, işlənmə arealının genişlənməsinə göstərdiyi qayğı, onun siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən əzmlə dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə çox böyük sevgi ilə davam etdirilir.

Zərdab rayon Çallı kənd tam orta məktəbin müəllimi – Əzizli Nahidə

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın